İnsanlara hürriyət, millətlərə istiqlal!

TATLISƏS ÜSYAN PÜSKÜRDÜ

6800 07.12.2010 18:27 Gündəm A A

“Doğtaş” firmasıyla məhkəməlik olan İbrahim Tatlısəsə məxsus olmuş otel Quş adası icra dairəsində satışa çıxarılıb. “Doğtaş” firmasının vəkili Aydan Çorapçıoğlu ilə İ.Tatlısəsin vəkili Həyati Şahinin içtirak etdiyi hərracda otel binasının yerləşdiyi torpaq 9 milyon 60 min, hovuzun yerləşdiyi hissə isə 910 min lirədən satışa çıxarılıb. Alıcı olmadığı üçün 17 dekabra təyin edilən ikinci hərracda otel binasına 6 milyon 450 min, digər hissəyə isə 612 min lirə ilkin qiymət qoyulacaq.
İbrahim Tatlıses satışı izləyən DHA (Doğu Haber Ajansi) müxbiri ilə telefonla danışıb. O, jurnalistə, “Doğtaş” firmasıyla aralarındakı məhkəmə iddiasına baxan İstanbul 1-ci Ticarət Məhkəməsinin çıxardığı qərarı 15-ci Hüquq Dairəsinin pozduğunu deyib: “İndi məhkəmə yenidən keçiriləcək. İstanbuldakı hakimlə aramızda problem olduğu üçün, iddiaya başqa bir məhkəmədə yenidən baxılacaq. Mütəxəssis hesabatına görə, firma otelimizdə 2 milyon 200 min lirəlik iş görüb. Əvəzində firmaya 2 milyon 300 min lirə civarında ödəmə etmişik. Bundan əlavə, “Doğtaş” firmasından işin təhvil verilməsində gecikmə səbəbilə ödəyəcəyi cəza var. Bütün bunlara baxmayaraq, otelin məcburi satışı davam edir. “Doğtaş” firması bu anlaşılmazlıqlardan istifadə edərək mətbuata davamlı məlumatlar verir. Halbuki prokuror bizi haqlı çıxardı."
Sənətçı İstanbul polisinin İsraildə olan sistemə bağlanaraq qumar oynatdığı iddiasıyla keçirdiyi əməliyyata adının hallanmasına reaksiya verib. İbo prokurorluğa gedib ifadə verdiyini və əməliyyatın onunla heç bir əlaqəsinin olmadığını bildirdi. Tatlısəs şözlərini belə davam etdirib: “Kiprdəki otelimi 15 fevral 2005 tarixində Çingiz Peker adlı şəxsə təhvil verdim. Aramızda müqaviləmiz var. Sənəddə Tatlısəs adından istifadə edilməməsi ilə bağlı xüsusi maddə var. Oteldə olan “Tatlıses Casino”nun işlədilməsiylə əlaqədar 20 noyabr 2007 tarixinə qədər yazılı müqavilə var. Bu tarixlər içində bir vətəndaşın istifadə etdiyi kart, polisin keçirdiyi əməliyyat zamanı həbs olunanlardan birinin çantasından çıxmış. Mənim bunda günahım nədir? Gedib hadisəni araşdıran prokurora ifadə verdim və izah etdim”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR