İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarkanın, Alim Qasımovun xatırlandığı doğum günündən – Fotolar

2841 10.05.2016 00:13 Şou-biznes A A
Tarzən Humay Qədimova şou-biznes nümayəndələrini bir araya toplayaraq doğum gününü qeyd edib.

Musavat.com xəbər verir ki, sənətçi 30 yaşının tamam olması münasibəti ilə şəhər restoranlarının birində məclis təşkil edib. Mərasim Humayın həyatından, sənətə gəliş tarixçəsindən, Tarkanın konsertində çıxış etməsindən, Alim Qasımovla xatirələrindən, Türkiyə səfərindən bəhs edən video-rolikin nümayişi ilə başlayıb.  Daha sonra sənətçi qonaqlar bir-bir səhnəyə çıxaraq doğum günü diləklərini çatdırıblar.

Doğum günü barədə təəssüratlarını bölüşən H.Qədimova arzularından danışıb: “Mən yaşını gizlədən xanımlardan deyiləm. İnsanın yaşı artıqca böyüyür, həyatı daha yaxşı başa düşür, uğura doğru daha əmin addımlarla irəliləyir. Mənə heç kim 100 il yaşamağı arzulamasın. Qocalıb nəvə-nəticələrimə yük olmaq istəmirəm. Allah məni heç kimə yük olmadan yaşamağı nəsib etsin. Arzularım çoxdur. Sənət və şəxsi həyatımda özümə uğurlar arzulayıram. Qadının xoşbəxtliyi ailəsidir, uşaqlarıdır”.

Qeyd edək ki, mərasimə Baloğlan Əşrəfov, Gülay Zeynallı, Aşıq Samirə, Xatun, Kərim Abbasov, Zenfira İbrahimova, Aysel Əlizadə və başqaları qatılıb. 


Könül İbrahim,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR