TARİXƏ DÜŞƏN “AMBASSADOR”
Elə iddiaçı tərəf də buna şübhə etdiyi üçün Avropa Məhkəməsinədək getməyə hazırlaşır. Qoy həmin o yüksək məhkəmənin kəsəcəyi təzminatı otelin yerinə elə sifarişçinin özü, yəni hakimiyyət ödəsin.
Müsavatın 100 illik yubileyinə belə bir idbar “sürpriz” edib tarixə qara hərflərlə düşəcək “Ambassador” rəhbəri isə özü üçün nəticə çıxarsın. Sözünün ağası olsun, verdiyi vədi kişi kimi tutmağı bacarsın. Müsavatı, cümhuriyyəti quran KİŞİLƏR kimi. Heç olmasa, oteldəki (yəqin ki, var) dövlət bayrağımıza qarşı urvatlı davransın.
Əlbəttə, Azərbaycan hüquqi dövlət olsaydı, “Ambassador” rəhbərliyi də ölkədə məhkəmələrin sifarişlə işlədiyinə əmin olmasaydı, belə rəzillik yaşanmazdı. İşə bax, başqa kişiyə ərə gedən mavi eltonconlara, o biri mavi-çəhrayı manıslara paytaxtın mərkəzində səxavətlə geniş salonlar, dəbdəbəli saraylar təqdim edilir, ancaq Azərbaycan xalqına azadlıq dadızdırmış bir demokratik təşkilata yubiley üçün bu ölkədə ortabab bir zal tapılmır. Abutalıbov bir yandan “partiya rəhbərliyi problemi özü həll etsin” deyir, digər yandan da Müsavatın özünün tapdığı, behlədiyi oteli belə ona çox görürlər.
Hərgah otel üçün böyük şərəf idi ki, Azərbaycana istiqlal və üçrəngli bayraq bəxş eləmiş Müsavat kimi qosqoca, tarixi bir təşkilat 100 illiyini orada qeyd edir. Şans yaranmışdı ki, heç kimin tanımadığı bir ünvan qızıl hərflərlə tarixin yaddaşında qalsın. Amma qara hərflərlə qaldı. Təəssüf...
Yubiley törənində hansı ünlü qonaqlar yox idi! Bu günlər Azərbaycana Avropadan, Türkiyədən nə qədər tanınmış sima, ziyalı gəlmişdi. Tədbirlərə ölkə daxilindən də xeyli sayda tanınmış ictimai-siyasi xadim, ziyalı, təfəkkür və qələm sahibi qatılmışdı. Hakimiyyət onların hamısına qarşı hörmətsizlik yapdı. Ən betəri, istiqlalımızın qurucusu böyük Məhəmməd Əmin Rəsulzadəyə, onun ruhuna, şanlı istiqlal tariximizə növbəti sayğısızlıq nümunəsi göstərdi. Həqiqi mənada PİSLİK elədi. Nə haqla? Nə üzlə?
Böyük öndərimiz, onun davamçıları özlərinə qarşı belə münasibəti nə zaman haqq etdilər? Nədən Azərbaycan adına utanc gətirən, 100 il də bundan sonra unudulmayacaq rüsvayçı addıma gedildi, qardaş Türkiyədən üzü bəri sayğı, həssaslıq görən bir təşkilata Azərbaycan iqtidarı hörmətsizlik yapdı?!
Azərbaycanın yeraltı-yerüstü sərvətlərinə böyük acgözlüklə sahib çıxan bir rejim nədən bu dövlətin şanlı keçmişinə, cümhuriyyət dəyərlərinə, bayrağımıza, Azərbaycan üçün brend rolu oynayan qiymətli şəxsiyyətlərə və təşkilata sahib çıxmağı bacarmır? Böyüklük lazım olan yerdə cılızlıq göstərir, böyük ola bilmir?!
Nəhayət, müxalifətə, Müsavata qarşı düşmənçilik siyasəti nə vaxt bitəcək? Axı Süleyman peyğəmbərə qalmayan dünya bu hakimiyyətə də qismət olmayacaq. Və pislik məhz onun müəlliflərinin ayağında qalacaq.
Əslində söhbət pislikdən də böyük əməldən - günahdan getməlidir. Təzminatlara sığmayan böyük günahdan. Tarixi günahdan...