İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarixdə İLK - Hindistanın xarici işlər naziri Ermənistana səfər edəcək

2651 09.10.2021 18:15 Dünya A A

Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar bu ilin oktyabr ayının 12 və 13-də İrəvanda rəsmi səfərdə olacaq.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Hindistan XİN tərəfindən məlumat yayılıb.

Verilən informasiyada bunun Hindistan və Ermənistan arasındakı münasibətlər tarixində ilk yüksək səviyyəli diplomatik ziyarət olduğu vurğulanıb.

Xəbərdə səfər zamanı bölgəsəl hadisələrin müzakirə olunacağı və ikitərəfli əlaqələrin gələcək perspektivlərinin ələ alınacağı qeyd olunub.

Subramanyam Cayşankarın İrəvanda baş nazir Nikol Paşinyan, xaric işlər naziri Ararat Mirzəyan, paralemtnin sədri Alen Simonyanla görüşəcəyi gözlənilir.

Azərbaycanın son dövrlərdə Pakistanla hərbi-siyasi yaxınlaşması fonunda Hindistan xarici işlər nazirinin İrəvan səfəri təsadüf sayılmamalıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR