İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarixçilərin Ermənistanın yalançı tarixçiləri ilə mübarizəsi: uduzan yalnız erməni cəmiyyətidir - VİDEO

852 01.08.2022 22:24 Gündəm A A

“Vmedia” yutub kanalı erməni tarixçisi və tədqiqatçısı Filipp Ekozyansın, güman ki, erməni cəmiyyətinə “ermənilərin tarixi” adı altında əsrlərdir təqdim edilənlərdən fərqli versiya irəli sürdüynə görə silinmiş videosunun fraqmentlərini paylaşıb.

F.Ekozyants videosunda təfərrüatlı və həmişəki kimi sakit və ironik şəkildə Ermənistanın əsas universitetində - İrəvan Dövlət Universitetində dərs deyən digər erməni tarixçi, filologiya elmləri namizədi Stepan Stepanyantsın dediklərinə cavab verir.

Niyə məhz ona? Çünki Stepanyants xalqın tarixinin çoxlu ziddiyyətlər və uyğunsuzluqlar olan variantını dilə gətirir, onu müdafiə edir. Həmin bu versiya yeganə həqiqət kimi qəbul edilir və onda “dünyəvi təqiblər və erməniləri əsarət altına almaq cəhdləri” fikri - özü də rəqiblərin qüdrətinə və çoxluğuna baxmayaraq, həmişə uğursuzluqla yekunlaşan “rəvayətlər” sap kimi uzanır.

Hər bir halda, hər kəs həqiqətin harada olduğuna özü qərar verə və tarixçinin bu videolarının nə üçün silindiyini anlaya bilər.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR