TARİF ŞURASININ LƏĞV EDİLƏCƏYİ XƏBƏRİ YAYILDI
Mənbənin məlumatına görə, Tarif Şurasının səlahiyyətləri Nazirlər Kabinetində yaradılacaq Qiymətləndirmə Komissiyasına veriləcək. Tarif Şurasının qiymətləri tənzimləməsi ilə bağlı fəaliyyətini isə Nazirlər Kabinetindəki şöbələrdən biri həyata keçirəcək və yekun qərar Nazirlər Kabineti tərəfindən veriləcək.
İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bildirir ki, belə bir məsələ gündəmdə deyil: “Tarif Şurası ləğv edilməyəcək. Bu xəbərin haradan meydana çıxdığı mənim üçün qaranlıqdır”.