İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanışının 7500 manatını bir gecədə dağıtdı - qumarda uduzdu, qadınlara xərclədi

872 01.03.2022 14:55 Kriminal A A

1989-cu il təvəllüdlü Tovuz rayonu Aşağı Öysüzlü kənd sakini Arif tanışının ona olan etibarından sui-istifadə edib. O, tanışının 7500 manat pulunu bir gecədə qumarda uduzub, əyləncə mərkəzlərində qadınlara xərcləyib.

Musavat.com xəbər verir ki, Arif Bakı-Qazax xəttində olan avtobusda sürücü köməkçisi işləyib. İşi sərnişinləri yerləşdirmək, yüklərə nəzarət etmək olub. Həmin səfərlərin birində Xəyal adlı tanışı ona zəng edərək xahiş edib ki, Hacıqabulda ona veriləcək 7500 manatı Bakıya gətirsin. Arifə buna görə 20 manat da pul veriləcəkmiş.

Arif Hacıqabulda 7500 manatı Xəyalın dediyi adamdan alıb. Bakıya çatanda düşünüb ki, 7500 manatdan pul qazansın. Bu qazancın isə qumarda olduğunu düşünüb. Birinci dəfə mərc oyununda 2500 manat uduzan Arif əyləncəsindən də qalmayıb. Xəyalın pullarının bir hissəsini gecə klublarında qızlara xərcləyib. Arif başı əyləncəyə qarışan gecə Xəyal zəng edərək ondan pulunu istəyib. Arif isə gec olduğunu, səhər görüşə biləcəklərini deyib. Xəyal da etiraz etməyib. Arif səhəri gün pulun qalan hissəsini yenə də “Topaz”da uduzub.

Zərərçəkmiş Xəyal polisə şikayət edib. Bundan sonra Arifin qardaşı Xəyalın pulunu tam olaraq qaytarıb. Məhkəmə isə zərərin ödənildiyini nəzərə alaraq Arifə həbs cəzası verməyib. Arif 4 min manat məbləğində cərimə edilib.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR