İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış professordan Azərbaycanla bağlı ÖNƏMLİ AÇIQLAMALAR: "Son 30 ildə ..."

1714 30.06.2023 21:18 Gündəm A A

Əgər bu gün inkişaf etmiş ölkələrin tarixlərinə nəzər salsaq, onların indiki səviyyəyə çatmaq üçün nə qədər uzun və kəşməkeşli bir yol keçdiklərinin şahidi olarıq. Dünya tarixində qısa zaman kəsiyində sivil dövlət qurmaq hələ heç kimə nəsib olmayıb. Çünki sivil dövlət qurmağın gerçək yolu insanların şüurundakı inqilabdan keçir. Bəs biz 30 ildə öz cəmiyyətimizdə insanlarımızın şüurunda inqilab edə bilmişikmi? Təbi ki, etmişik, lakin etdiklərimiz edilməli olanların az bir hissəsidir. Bu inqilabın qələbəsi o vaxt başa çatmış olacaq ki, insanlarımızda şəxsi maraqlarla milli maraqların, ictimai maraqların arasında gerçək tarazlıq yaranmış olsun. Etiraf edək ki, bu gün biz arzu etdiyimiz bu tarazlıqdan hələ uzaqdayıq. Dövlətin uğurlu idarəçiliyini təmin edə bilən, ictimai nəzarət isə aşağı səviyyədədir.

Azərbaycan haqqında maraqlı faktlar » İmmunitet.az xəsətəliklərlə mübarizə  aparan tibbi portal

Biz artıq 32 ilə yaxındır ki, müstəqil dövlət kimi yaşayırıq. Bu illər ərzində, dünyəvi bir dövlət qurmaq yolunda nələr etmişik və bundan sonra nələr etməliyik ki, istədiyimiz, arzu etdiyimiz bəlli standartlarla tam ayaqlaşan bir dövlətimiz olsun? Öncə onu deyək ki, 30 il bir dövlətin sivil standartlar səviyyəsində təşəkkül tapması üçün yetərli ola bilməz. Tarixə baxaq. Bu gün hər kəs Avropanın inkişaf etmiş dövlətlərini inkişaf etməkdə olan ölkələrə nümunə göstərir. Lakin belə nümunələri təqdim edərkən, bir zamanlar barbar həyatı yaşamış avropa xalqlarının bugünkü səviyyəyə hansı yollarla, necə və nə qədər vaxt ərzində gəldiklərini unuduruq. Unuduruq ki, istənilən cəmiyyətdə ən çətin islahat insanların şürunda edilən inqlabdır. Çünki o, ən çox zaman aparan, ləng bir prosesdir. Bir sözlə, bütün tələblərə cavab verən sivil bir dövlətin az bir zaman kəsiyində formalaşması mümkün deyil.

Müstəqilliyimizin ötən 30 ili ərzində milli və ictimai maraqlarla şəxsi maraqlar arasında tarazılıq yardılması sahəsində böyük uğur qazanmasaq da (bu da təbidir, çünki bu sahədə uğur bir qayda olaraq daha böyük zaman kəsiyində əldə edilə bilir) güclü dövlət yaratmaq yolunda böyük quruculuq işlərinə imza ata bilmişik.

Son 30 ildə Azərbaycanın böyük quruculuq işləri ilə əldə etdiyi uğurları kim dana bilər? Bu uğurları bütün dünya görür və bu gün Azərbaycan beynəlxalq müstəvidə bu illər ərzində əldə etdiyi uğurlara uyğun yer tutur. Bir sözlə, bu gün Azərbaycan Cənubi Qafqazın ən nüfuzlu və ən qüdrətli dövləti kimi təşəkkül tapıb. Bu gün Azərbaycanın istəyi olmadan bizim regionda heç bir transmilli layihə reallaşdırıla bilməz.

Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı  qaldırılıb - VİDEO - 23.11.2020, Sputnik Azərbaycan

Bəs biz bir dövlət olaraq son 30 ildə bəzi özündən razıların görməzdən gəldikləri hansı işləri gördük ki, belə bir mövqeyə sahib olduq?

  • Biz 30 ilin başlanğıcında az qala dağılıb yenicə qazandığı müstəqilliyini itirməyin bir addımlığında olan dövlətimizi o bataqlıqdan çıxartdıq.
  • Biz demək olar ki, ordusu olmayan bir ölkəni yeni torpaq itkiləri təhlükəsindən xilas etmək üçün düşmənlərimizlə atəşkəs müqaviləsi bağladıq.
  • Biz 1994-cü ildə ölkəmizin 1800%-ə yaxınlaşan inflyasiya və bir-birinin ardınca baş verən dövlət çevrlişləri cəhdləri məngənəsində olduğu bir vaxtda dünyanın ən nüfuzlu neft şirkətlərini Azərbaycana gətirib, onların Əsrin Müqaviləsinə milyardlarla dollar investisiya yatırmasına nail olduq.
  • Biz 1995-ci ilin ərzində apardığımız islahatlarla ölkə iqtisadiyyatında tüğyan edən hiperinfilyasiyanı 8-10% səviyyəsinə qədər endirə bildik.
  • Biz Əsrin Müqaviləsi əsasında hasil ediləcək neftin beynəlxalq bazarlara daşınması üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə nail olduq.
  • Biz şərqlə qərbi, şimalla cənubu birləşdirən nəhəng nəqliyyat kommunikasiyalarının qurulmasına rəvac verib, ölkənin nəqliyyat habına çevrilməsi üçün yetərli zəmin hazırladıq.
  • Biz Bakı-Tbilisi-Qars dəmir yolu kimi transmilli bir layihəni reallaşdırmaqla praktik olaraq şərqlə qərbi birləşdirən Qədim Orta İpək Yolunun bərpasını təmin etdik.
  • Biz Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisini həyata keçirtdik.
  • Biz XXI əsrin ən böyük enerji layihəsi olan Cənub Qaz Dəhlizi layihəsini gerçəkləşdirdik. Yeddi dövlətin, 11 Beynəlxalq Şirkətin iştirakı ilə gerçəkləşdirilən, ümumi dəyəri 40 milyard dollardan çox olan bu layihə ilə Azərbaycan Avropanın ən etibarlı qaz təminatçısına çevrildi.
  • Biz son 20 ildə iqtisadiyyatımız 3 dəfədən çox artırıb, valyuta ehtiyatlarımızı isə 65 milyard dollara çatdıra bildik. Bu gün bizim xarici borcumuz valyuta ehtiyatlarımızdan 10 dəfə azdır.
  • Biz Azərbaycanın iqtisadiyyatını Cənubi Qafqazın ən güclü iqtisadiyyatına çevirə bildik və bizim iqtisadiyyatımız indi bizə qonşu olan Gürcüstan və Ermənistanın birgə iqtisadiyyatından bir xeyli böyükdür.
  • Biz 30 il ərzində dövlətimizin büdcəsini 70 dəfəyə qədər böyüdə bildik.
  • Biz müasir tələblərə cavab verən dünyanın ən güclü ordularından birini qurduq.
  • Biz bu ordu ilə 44 gün ərzində rusların təpədən-dırnağa qədər silahlandırdığı erməni ordusunu diz üstə qoyaraq, 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızı azad etdik.
  • Biz bu müharibə ərzində Cənubi Qafqazda strateji maraqları olan Rusiyanı böyük siyasi iradənin, güclü təfəkkürün köməyi ilə neytrallaşdıra bildik.
  • Biz bu gün Qarabağ torpaqlarımızın qanunsuz erməni hərbi tör-töküntülərindən təmizlənməsi yolunda səbrlə, təmkinlə və ən əsası ardıcıl uğurlu addımlar atmaqda davam edirik.

 Bu sadaladıqlarımız 30 ildə gördüyümüz işlərin qısa bir xronikası və “biz 30 ildə nə etmişik” sualını verənlərin cavabıdır. Müstəqilliyini əldə etmiş heç bir dövlətə tarixdə 30 il ərzində bu qədər nəhəng işlər görmək və bu qədər yüksəlmək müyəssər olmayıb.

Görülən işləri, əldə olunmuş uğurları sadaladıq. Lakin heç kim ölkədə bütün problemlərin həll edildiyini deyə bilməz. Bizim qarşıda həlli gözlənilən çox problemlərimiz var və onların həlli ilk növbədə zamana bağlıdır. On il bundan öncə mövcud olmuş problemlərin zamanla necə həll olunduğuna bir nəzər salsaq, onda mövcud problemlərimizin də zamanla həll olunacağına şübhəmiz qalmaz.

Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor
sabiq maliyyə naziri

 Fikrət Yusifov: Xarici sərmayələrin ölkə iqtisadiyyatına gəlməsi üçün son  illər böyük işlər görülür

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR