Tanınmış politoloq, “Atlas” araşdırmalar mərkəzinin sədri Elxan Şahinoğlu qəza keçirib. Hadisə Ukraynada baş verib.
Bir neçə gündür Kiyevdə səfərdə olan Elxan Şahinoğlu Ukrayna paytaxtında güclü leysan yağışına düşüb və islanmış yerdə ayağı sürüşdüyündən yıxılaraq əlini sındırıb. Elxan Şahinoğlu sosial şəbəkədə belə bir qeyd yazıb “Jurnalist dostlarım! Təəssüf ki, yazılı suallarınızı cavablandıra bilməyəcəm. Kiyevdə bərk yağışda yıxıldım. Əlim gipsdədir. Gücüm ancaq Ukraynada gördüklərimə dair yazıya çatdı. Təəssüf edirəm”.
Qeyd edək ki, Elxan Şahinoğlu artıq Bakıya dönüb. O, Musavat.com-a açıqlamasında bildirib ki, Ukrayna haqqında film hazırlayıb. Bu işdə ona oğlu kömək edib, çəkilişi o aparıb filmi də o montaj edib: “Əli gipsli rəsmilər, yüksək rütbəli diplomatlar və ekspertlərlə görüşmüş, mövcud durumu, o cümlədən Ukryna-Azərbaycan münasibətlərinin hazırkı durumunu araşdırmışıq”.
E.Seyidağa,
Musavat.com






