İnsanlara hürriyət, millətlərə istiqlal!

TANINMIŞ MÜSAVATÇILAR MÜSAVAT BAŞQANLARINI TANIMIRLAR

1684 11.01.2011 09:21 Ölkə A A

Məlumat üçün bildirək ki, Müsavatın ilk rəsmi başqanı Məmməd Əmin Rəsulzadə sayılır. Tarixi mənbələrə görə, bu şanlı təşkilatın ikinci başqanı Mirzə Bala Məmmədzadə olub. Onun ölümündən sonra isə mühacirətdəki Müsavat Partiyasına və Azərbaycan Milli Mərkəzinə M.Ə. Rəsulzadənin daha bir əski silahdaşı Əbdül Vahab Yurdsevər rəhbərlik edib. 1976-cı ildə Azərbaycan Milli Mərkəzinin Başqanı Əbdülvahab Yurdsevərin vəfatından sonra partiya və mühacir Azərbaycan hakimiyyəti statusunda olan Milli Mərkəzə başqanlıq Kərim Odərə tapşırılıb. Kərim bəyin də 1981-ci ildə vəfatından sonra o zaman Milli Müsavat Xalq Partiyasının başqanlığına Məhəmməd Azər Aran keçib. O, 1992-ci ilə , Müsavat Partiyası rəsmən Azərbaycana qayıdana kimi bu təşkilatın rəhbəri olub. Məhəmməd Azər Aran bəy 1993-cü ildə Allahın rəhmətinə qovuşub. Müsavatın hazırkı başqanı olan İsa Qəmbər isə 1992-ci ildən bəri bu vəzifədədir.

***

Sorğumuza cavab verən Müsavat Partiyasının yetkililərindən heç kim bu ardıcıllığı bilmədi və tarixi sıralamanı ifadə etmədi. Başqan müavini Tofiq Yaqublu Müsavat başqanlarından yalnız M.Ə.Rəsulzadənin və İ.Qəmbərin adlarını çəkdi.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı tarixi başqanları kimi M.Ə.Rəsulzadə, Məhəmməd Əli Rəsulzadə (M.Ə.Rəsulzadənin əmisi oğlu- Ş.N.), M.B.Məmmədzadə, Kərim Odər, Məhəmməd Kəngərli və İsa Qəmbərin adlarını söylədi.
Doğru cavaba ən çox yaxınlaşan Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli oldu. Onun cavabındakı adlar sıra ilə bu cürdür: M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, K.Odər, A.Aran və İ.Qəmbər.
Xalq Cümhuriyyətinin və Müsavat irsinin tanınmış araşdırıcısı Nəsiman Yaqublu Müsavat başqanlarını adlarını əzbər xatırlamasa da, onlarla bağlı təfsilatlı məlumatları özündə əks etdirən kitabın olduğunu bildirdi.
Müsavat Divanının üzvü Nüşabə Sadıqlı isə düşünür ki, Müsavat Partiyasının M.Ə.Rəsulzadə və İ.Qəmbərdən başqa başqanı olmayıb.
Politoloq Qabil Hüseynli isə partiya başqanlarının adlarını belə sıraladı. M.Ə.Rəsulzadə, K.Odər, M.B.Məhəməd, A.Aran: “Beşinci rəhbərlik isə indikilərdir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR