Fransada mühacir həyatı yaşayan taınnmış azərbaycanlı müxalif fəal Elnur Məcidli 11 il sonra Vətənə qayıdıb. O, bununla bağlı öz feysbuk hesabında məlumat verib. E.Məcidli müraciətini qarşılıqsız qoymayan və müsbət rəy bildirən Prezident İlham Əliyevə təşəkkür edib.
E.Məcidli sosial şəbəkələrdə “11 mart - Böyük Xalq Günü” və “2 Aprel-Böyük Qəzəb Günü” aksiyalarının təşkilatçısı qismində tanınaraq barəsində cinayət işi başlanmışdı.
Azərbaycanda olmadığı üçün onun tutulması üçün barəsində beynəlxalq axtarış elan olunmuşdu. Sonra cinayət işinə xitam verildi.
O, həmçinin keçmiş rektor, qalmaqallı və ifşaedici videoları ilə illərlə gündəmdə olmuş Elşad Abdullayevlə yaxınlığı ilə seçilirdi və uzun müddət onun sözçüsü kimi fəaliyyət göstərdi.
Hazırda Azərbaycanda olan E.Məcidli mühacir statusu olan digər Azərbaycan vətəndaşlarına da çağırış edib və vurğulayıb ki, onların əksəriyyəti barədə hər hansı cinayət işi, yaxud beynəlxalq axtarış yoxdur.
Bu gün MusavatTV-nin canlı yayınında qonaq olacaq Elnur Məcidli mühacir həyatı, Azərbaycana gəlişi, xaricdəki mühacirlər və “söyüş müxalifəti”, o cümlədən E.Abdullayevlə əlaqələri və digər məsələlər barədə danışır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilərlər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com






