Türkiyənin tanınmış iş adamı, prezident Rəcəb Tayyib Ərdoğanın dayısı oğlu Mehmet Mutlu hüquq elmləri doktoru, professor İlham Rəhimova təşəkkür məktubu göndərib.
Musavat.com-un məlumatına görə, M.Mutlu professor İ.Rəhimovun aprel ayında Türkiyənin Antalya şəhərində “Avrasiyanın yüksəlişi dövründə Türkiyə-Rusiya əlaqələrinin gələcəyi” mövzusunda keçirilmiş konfransda iştiraka görə minnətdarlıq edib.
Məktubda deyilir:
“Əziz dostum İlham Rəhimov, ilk növbədə Sizə təşəkkür edirəm ki, bizim dəvətimizi qəbul edib Antalyada görüşə gəldiniz. Hansı görüş ki, iki ölkə arasında (Türkiyə və Rusiya nəzərdə tutulur- Redaktor) pozitiv inkişaf üçün daha bir fürsətə çevrildi, vətəndaş diplomatiyasının sonrakı inkişafı naminə ilk addımın nəticəsi kimi yadda qaldı.
Mənim zərrəcə şübhəm yoxdur ki, bundan sonra iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin bərpası və inkişafı üçün səylərimizi əsirgəməyəcəyik. Şəxsən mən qürur hissi keçirirəm ki, sülh və dostluq üçün yaradılacaq bütün növ qurumlarda iştirak edəcəyəm.
Biz o gün bütün qarşılıqlı qüsurları göstərdik və mən əminəm ki, tərəflər problemləri birinci şəxslərin dilindən eşitmək şansı qazandılar. Əminəm, bundan sonra şəxsən Sizin iki ölkə ilə bağlı pozitiv təşəbbüsləriniz siyasi və iqtisadi məsələlərdə dinc gəlişmələrə yardımçı olacaq.
Bildirmək istəyirəm ki, mən Sizinlə bir daha görüşməkdən çox məmnunam.
Hörmətlə, Mehmet Mutlu”.
Musavat.com
![]()






