İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış iş adamı məhkəmədə Aslan İsmayılovun həbs edilməsini tələb etdi

2271 05.07.2018 11:08 Hadisə A A

Tanınmış iş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli ilə vəkil Aslan Ismayılov arasında bu gün növbəti məhkəmə prosesi keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə ilk olaraq çıxış edən A.Ismayılov iş adamını yenə də təhqir edərək, onun ünvanına şər-böhtan yağdırıb.

Çıxış hüququndan istifadə edən M.Həsənli şəxsinin, Azərbaycan mətbuatının, ziyalılarının A.Ismayılovun şər-böhtanlarından, təhqirlərindən qurtulması üçün onun zalda həbs edilməsini xahiş edib. Beş dəqiqəlik fasiləyə çıxan məhkəmə heyəti qayıtdıqdan sonra proses saat 16:00-a qədər təxirə salınıb. Təqsirləndirilən şəxs buna etiraz edərək, həmin iclasa gəlməyəcəyini bildirib. Lakin onun etirazları nəticə verməyib.

Qeyd edək ki, Aslan İsmayılov rəsmi "Facebook” səhifəsində və KİV üçün keçirdiyi brifinqdə Mürvət Həsənlinin ünvanına şər-böhtan yağdırıb. Bu səbəbdən iş adamı onu məhkəməyə verərək, Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə, ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını tələb edr.

Tərəflər arasında gərginliyin kökündə Türkiyənin "Emre Piliç” şirkətinin M.Həsənli ilə borc çəkişməsi durur. A.İsmayılov bu işdə "Emre Piliç” şirkətinə vəkillik edir. Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycana damazlıq yumurta ixrac edən bu şirkətin səhmdarları arasında 2 erməninin olduğu üzə çıxıb. Belə ki, ermənilər Bozaçıyan və Oksayan bu şirkətdə 30 faizlik paya sahiblik edirlər. M.Həsənli bu fakt üzə çıxandan sonra şirkətlə işgüzar münasibətləri kəsdiyini bildirir. A.İsmayılov isə əksinə, "Emre Piliç”in yarıerməni şirkəti olmasına əhəmiyyət vermədən onun müdafiəsinə qoşulub.

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR