İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış iqtisadçıdan sahibkarlıq subyektlərinin vergidən azad olması ilə bağlı ŞƏRH

665 01.12.2022 19:31 İqtisadiyyat A A

"Biz kiçik və orta sahibkarlıq subyektlərinə müəyyən sərbəstlik vermişik, bir sıra xüsusi tədbirlər görmüşük. 7 illik gəlir vergisindən azad olunma o deməkdir ki, vaxtilə kiçik və orta sahibkarlıqda çalışanların sayı 500 min idisə, hazırda bu rəqəm 850 min nəfərə çatıb".

Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov səsləndirib.

Nazirin fikirlərini şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov KOB-ların 7 il müddətinə vergidən azad olunacağı ilə bağlı yayılan fikirlərin yanlış anlaşıldığını bildirib: "Vergi güzəştləri ilə bağlı müxtəlif illəri əhatə edən güzəştlər mövcuddur:3 il, 7 il, 10 il və s. Məsələn, Startap şəhadətnaməsi alan sahibkarlar 3 il müddətinə vergidən azad edilirlər. 7 il müddətinə vergidən azadolma isə İqtisadiyyat Nazirliyi tərəfindən verilən “İnvestisiya təşviqi sənədi”nin verildiyi halda mümkündür.

4c370271-c8aa-43f2-bbcf-66a2c98dfe78.jpg (46 KB)

İnvestisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması məqsədilə sahibkarların müraciəti əsasında müvafiq sənədlərin təqdim edilməsindən sonra onlara “İnvestisiya təşviqi sənədi” verilir və bu sənəd sahibkarları 7 il müddətində mənfəət və ya gəlir vergisinin 50%-dən, torpaq və əmlak vergisindən tamamilə, müvafiq təsdiqedici sənəd əsasında layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azad edir. Son məlumata görə 2022-ci ilin 1 oktyabr tarixinədək 456 sahibkarlıq subyektinə 547 investisiya təşviqi sənədi verilib.

Böyük ehtimal ki, cənab nazir güzəştlər haqqında danışarkən 7 illik azadolma dedikdə məhz bu güzəştlərə toxunub. Amma bu güzəşt haqqında jurnalistlərin məlumatsızlığı cənab nazirin fikrinin konteksdən çıxararaq yazılmasına səbəb olub".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR