İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış həkim Seyfəddin Əsəd Rauf Arifoğlunun vəkili oldu - FOTO

1115 08.01.2020 18:32 Gündəm A A

Tanınmış həkim Seyfəddin Əsəd 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun vəkili oldu.

Musavat.com xəbər verir ki, bu gün onun vəkilliyi ilə bağlı prosedur rəsmiləşdi. Lazımi rəsmi prosedurlar həyata keçiriləndən sonra Seyfəddin Əsəd R.Arifoğlunun vəkili kimi prosesə başlayacaq.

O, seçki prosesi dönəmində deputatlığa namizədin vəkili kimi mərkəzi qərargahda olacaq, təbliğat-təşviqat və digər proseslərə nəzarət edəcək. S.Əsəd R.Arifoğlunun seçki prosesində iştirak etməkdən məmnunluq duyduğunu bildirib.

Qeyd edək ki, hər bir deputatlığa namizəd 10 vəkil irəli sürə bilər. R.Arifoğlunun bir neçə vəkili elan olunub, digər vəkilləri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Musavat.com

4cb883e5-3668-4694-82f9-0224ddf71e57.jpg (517 KB) 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR