TANINMIŞ GENERALIN ADI RƏSUL QULİYEVLƏ GÖRÜŞDƏ HALLANDI
Dünən “Qafqazinfo”ya həmin görüşlərdən biri haqqında maraqlı informasiya daxil olub. Elektron poçt vasitəsi ilə redaksiyaya göndərilən həmin məlumatı olduğu kimi təqdim edirik: “Oktyabr ayının 6-da general Orucəli Hacıyev (Kəmaləddin Heydərovun müavini) Amerikanın New York şəhərində CROWNE PLAZA HOTEL-də Açıq Cəmiyyət Partiyasının qərargahı və partiyaya maddi yardım edilməsi ilə bağlı Rəsul Quliyevlə görüş keçirdib. Orucəli Hacıyev Kəmaləddin Heydərovun göstərişi ilə bu görüşməni keçirib.
Xatırlayırsınız ki, oktyabr ayının 9-da Kəmaləddin Heydərovun Türkiyədəki adamı, Orucuəli Hacıyevin qaynı, ACP qərargahının sahibi Azər Əsgərovun da Türkiyənin paytaxtı Ankara Şəhərində Rəsul Quliyevlə gizli görüşü olmuşdu. Görüş “Rixos Hotel”in restoranında baş tutmuşdu. Bu görüşdə Orucəli Hacıyevin Rəsul Quliyevə verəcəyi maddi yardım Azər Əsgərov vasitəsilə Ankarada göstərilmişdi. Nə oldu ki, illərdir fəaliyyət göstərən, lakin əvvəllər adı bilinməyən və xalqın tanımadığı ACP Orucəli Hacıyevin verdiyi qərargahdan sonra, son 6 ayda partiya güclənməyə başladı. Pul yardımları və Azərbaycanda FHN kimi bir güclü idarənin ACP-yə dəstək verməsi ilə bu partiyanı gücləndirdiyi açıq-aydın ortadadır" .
Qeyd edək ki, materialda adları keçən tərəflərin mövqelərini dərc etməyə hazırıq.