İnsanlara hürriyət, millətlərə istiqlal!

Taner Yıldız: “Türkiyə Rusiya, İran və Azərbaycandan almadığı təbii qazı idxal edəcək”

537 24.02.2013 22:49 Son xəbər A A
APA-nın məlumatına görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib. Onun sözlərinə görə, “Botaş” vasitəsilə ötən il pulu ödənilmiş və alınmamış “mavi yanacaq” Rusiya, İran və Azərbaycandan ölkəyə idxal ediləcək: “2012-ci ilin sonunda Rusiya Federasiyasından pulunu ödədiyimiz 3.6 milyard kubmetr civarındakı təbii qazın hamısını aldıq. 2012-ci ildə İrandan 420 milyon dollar həcmində daha əvvəl almadığımız “mavi yanacağ”ı ölkəyə idxal etdik. 2013-cü ilin sonuna qədər İran və Azərbaycandan idxal edilməmiş təbii qaz alınacaq. Bizim pulunu verib almadığımız “mavi yanacağ”ımız yoxdur. İrana ötən il 500 milyon dollar həsmində ödəniş etdik. Bunlar “Botaş” üçün sevindirici inkişafdır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR