İnsanlara hürriyət, millətlərə istiqlal!

Tamilla Qulaminin namizədliyinin qeydiyyata alınmaması qərarı qüvvədə saxlandı

1003 02.10.2015 18:40 Son xəbər A A
Ümid Partiyasının və "125-lər" Siyasi Klubunun 95 saylı Tərtər Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tamilla Qulaminin namizədliyi DSK tərəfindən qeydiyyata alınmamışdı. 

Ona görə də, Tamilla Qulami DSK-nın həmin qərarından MSK-ya şikayət etmişdi. O, bu gün özünün facebook profilində MSK-nın şikayətə baxacağını da bildirmişdi: "Bu gün saat 16:00-da 95 saylı Tərtər Seçki Dairəsinin deputatlığa namizədliyimdən imtina etməsiylə bağlı Mərkəzi Seçki Komissiyasının iclasında şikayət məktubumuza baxılacaq".

Son məlumata görə, MSK artıq Tamilla Qulaminin şikayətini müzakirə edib və bu barədə qərar verib. MSK-nın verdiyi qərara əsasən 95 saylı Tərtər Seçki Dairəsinin Tamilla Qulaminin deputatlığa namizədliyinin qeydiyyata alınmaması ilə bağlı qərarı qüvvədə saxlanılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR