Bu gün musavat.com saytının Facebook və Youtube platformalarında həyata keçirdiyi "Canlı debat"da gündəm, parlamentin yenidən formalaşması, növbədənkənar parlament seçkiləri, Yeni Azərbaycan Partiyasının (YAP) qərarı müzakirə olunacaq.
Hazırda başlayan yayında Ümid Partiyasının sədr müavini Tamilla Qulami və Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli qarşı-qarşıya gəlib. Müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.
Bunun üçün musavat.com -un Facebook, ya da Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatila bilərsiniz.
Youtubedəki səhifəmizin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebookdakı səhifəmizin ünvanı:
https://www.facebook.com/NewMusavat/






