TAMERLAN QARAYEV OĞLUNUN XİN-dən ÇIXMASINDAN DANIŞDI
T. Qarayev bildirib ki, oğlunun XİN-də tutduğu vəzifə o qədər yüksək olmadığı üçün işdən ayrılarkən mətbuata məlumat verilməyib, mətbuatsa bu məsələdən yarım il sonra xəbər tutub. O əlavə edib ki, oğlu F.Qarayevin XİN-də işləyərkən heç bir biznesi olmayıb: “Ermənilərlə işbirliyi söhbətini indi sizdən eşidirəm. Bunu kim uydurubsa, səbəblərini də özü bilir. Belə bir şeyin olması mümkünsüzdür. Yenə deyirəm, oğlum Fərman Qarayev XİN-dəki işindən yarım ildir ayrılıb və onu heç kəs işdən çıxarmayıb, öz ərizəsi əsasında vəzifəsindən gedib”.
Xatırladaq ki, mətbuatda yayılan məlumatda deyilirdi ki, T.Qarayevin oğlu F.Qarayev XİN-də tutduğu postdan ermənilərlə əlaqələrinin aşkarlanmasına görə uzaqlaşdırılıb. XİN-in mətbuat katibi Elxan Poluxov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında F.Qarayevin öz istəyi ilə vəzifədən getdiyini bildirib.