İnsanlara hürriyət, millətlərə istiqlal!

"Taliblər" təxliyə olunan hind diplomatlarının şəxsi əşyalarını müsadirə ediblər

673 17.08.2021 12:51 Son xəbər A A

Əfqanıstanı tərk edən Hindistan diplomatlarının şəxsi əşyalar “Taliban” hərəkatının döyüşçüləri tərəfindən müsadirə olunub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Şahidlərin sözlərinə görə, dünən Hindistan hərbi-hava qüvvələrinin təyyarəsi ilə ölkədən çıxarılmalı olan 45 səfirlik işçisi hava limanına hərəkət edərkən Əfqanıstanın yeni hakim qüvvəsinin nümayəndələri onları saxlayıb. “Taliban” döyüşçüləri diplomatların bir sıra əmlakını əllərindən alıblar.

Bundan başqa, "taliblər" Hindistana gedib işləmək arzusunda olan əfqanlara viza verən “Şəhir” viza agentliyinin ofislərini basqın edibıər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR