İnsanlara hürriyət, millətlərə istiqlal!

“Taliban” qruplaşmasından qaçan 347 Əfqanıstan vətəndaşı Tacikistana keçib

365 15.07.2021 09:55 Dünya A A

Ötən gecə “Taliban” qruplaşmasından qaçan 347 Əfqanıstan vətəndaşı Tacikistana keçib. Onların 77-si qadın, 177-si uşaqdır. Qaçqınlar Dağ Bədəxşan Muxtar Vilayətində çadır şəhərciklərinə yerləşdirilib.

AZƏRTAC Tacikistan Dövlət Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzinə istinadla xəbər verir ki, qaçqınlar Əfqanıstanın Bədəxşan əyalətinin Andemin kəndinin sakinləridir.

Xatırladırıq ki, dünən Tacikistan sərhədini 128 qaçqın keçmişdi.

İndiyədək Tacikistana 1500 əfqan hərbçisi, 1512 mülki vətəndaş pənah gətirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR