Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” qruplaşması qadınları gələcək hökumətin fəaliyyətində iştirak etməyə dəvət edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Al Hadath” telekanalı məlumat yayıb.
Bildirilib ki, qadınların yeni hökumətin fəaliyyətində iştirak etməsinə şərait yaradılacaq.






