İnsanlara hürriyət, millətlərə istiqlal!

“Taliban”ın Pakistanda törətdiyi uşaq qətliamı: 126 şagird öldürülüb - VİDEO, FOTOLAR

4715 16.12.2014 14:53 Gündəm A A
“The Associated Press” agentliyi bildirir ki, Pakistan ordusunun formasını geyən 5-6 silahlı şəxs Pakistanın Pişəvər şəhərindəki hərbi məktəbə hücum edib. 126 nəfər müdavim və 1 nəfər əsgər öldürülüb. Bu barədə yerli rəsmi şəxslər agentliyə məlumat veriblər.
 
Hücum bu gün səhər saatlarında başlayıb. Silahlılar məktəbə daxil olub. Və qarşılarına çıxanları güllələyiblər. Hadisə yerinə dərhal özünü çatdıran hərbçilərlə silahlı terrorçular arasında atışma başlayıb. Öncə hadisənin gedişi xeyli müəmmalı olub. Baş verən partlayışın kim tərəfindən həyata keçirildiyi bilinməyib. Silahlıların müdavimlər arasından girov götürüb-götürməməsi də bəlli olmayıb.

Pakistan televiziyası hadisə yerindən canlı yayım verib. Aydın görünürdü ki, əsgərlər ərazini mühasirəyə alıblar və sakinləri təhlükəli hesab olunan yerlərdən kənarlaşdırırlar. 
Yerli xəstəxanadan bildirilib ki, 126 müdavim və 1 əsgər ölüb, 70 nəfər isə yaralanıb.


Yaralananlardan biri Abdullah Camal deyib ki, hücum qəflətən edilib: “Biz başımızı itirmişdik. Nə baş verdiyini anlaya bilmirdik. Məktəbdə 1-ci sinifdən 10-cu sinfə qədər müdavimlər var. Görürdüm ki, uşaqlar yerə yıxılıb, ağlayırlar. Bağırtı səsindən qulaq tutulurdu. Mən yalnız sonra başa düşdüm ki, güllə mənə də dəyib”.

Talibanın sözçüsü Məhəmməd Kursani baş verən hadisəyə görə məsuliyyəti öz üzərlərinə götürdüklərini bəyan edib. O, bildirib ki, bu intiqam aksiyasıdır. Çünki Pakistan hakimiyyəti həbs olunmuş talibabançılarla qəddar davranıb və onları öldürüb.

BBC bildirir ki, məktəbin 500 müdavimi təhlükəli ərazidən evakuasiya edilib.

Son aylarda isə Pakistan ordusu “Taliban”ın yüzdən çox yaraqlısını öldürmüşdü.
Bütün dünya bu olayı canlı izləyir...

Elbəyi Həsənli, 
Musavat.com 

Soldiers help evacuate children

Injured student being evacuated

Children fleeing the school

Pakistani troops at the scene

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR