İnsanlara hürriyət, millətlərə istiqlal!

"Taliban" Əfqanıstan hökumətinin birgə idarəçiliklə bağlı təklifini qəbul etməyəcəyini bildirib

405 13.08.2021 14:33 Dünya A A

"Taliban" hərbi əməliyyatların dayandırılması müqabilində ölkədə idarəçiliyin bölüşdürülməsi ilə bağlı Əfqanıstan hökumətinin təklifinə razı olmayacaq.

APA-nın "The Times"ə istinadən verdiyi xəbərə görə, bu barədə "Taliban"ın sözçüsü Zabihulla Mucahid deyib.

"Taliban" Kabilin hakimiyyətin paylaşımı və atəşkəs təklifini qəbul etməyəcək. Məqsədimiz xarici müdaxiləyə son qoymaq və ölkədə İslam hökuməti qurmaqdır. Əgər onlar buna razı olsalar, o zaman biz barışığa hazır olacağıq. Lakin əgər Kabil bizim tələblərimizlə razılaşmağa hazır deyilsə, mübarizəni davam etdirmək və cihad etmək bizim üçün asan olacaq", -deyə "Taliban" sözçüsü bildirib.

Qeyd edək ki, Əfqanıstanın xarici işlər naziri Məhəmməd Hənif Atmar, Kabilin ölkənin birgə idarəçiliyi barədə "Taliban"a təklif verdiyi xəbərini təsdiqləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR