“TALİBAN”a QARŞI İRİMİQYASLI HÜCUM GEDİR
Əməliyyat gedişində havadan helikopterlər vasitəsi ilə də hücum keçirilib. Hava hücumunda helikopterlərin həmləsi 10 hücum dalğasından ibarət olub. Bu hava hücumu Əfqanıstanda koalisiya qüvvələri tərəfindən edilən hava hücumları arasında ən iri miqyaslısıdır. Əfqanıstan ordu komandiri jurnalistlərə bildirib ki, hələlik “Taliban” tərəfindən əks-reaksiya cüzi olub.
Məlumata görə, minlərlə Amerika, Britaniya və əfqan qüvvələri Əfqanıstanın cənubunda “Taliban”a qarşı keçirilən genişmiqyaslı döyüş əməliyyatının ikinci günündə əldə etdikləri uğurları möhkəmlətməyə çalışırlar. Birləşmiş Ştatların dəniz piyadaları “Taliban”ın istehkamı olan Helmand əyalətinin Marca şəhərində irəliləyirlər. Pulemyot atışmalarının davam etdiyi və bir çox binalarda bomba tələlərinin qurulduğu xəbər verilir. Beynəlxalq Qımızı Xaç Təşkilatı artıq şəhərdə ilkin yardım məntəqəsini açıb və döyüşlərdə yaralanmış onlarla insanlara tibbi yardım göstərib.
Əyalətin digər ərazilərində Amerikanın rəhbərlik etdiyi qüvvələrin daha az müqavimətlə üzləşdiyi xəbər verilir. İtkilər haqda dəqiq rəqəmlər yoxdur. Bu əməliyyatlar ABŞ prezidenti Barak Obamanın yeni Əfqanıstan strategiyası üçün sınaq hesab edilir. Obama bu ilin yayında Əfqanıstana daha 30 min əsgər göndərməyə, “Taliban”a qarşı əməliyyatları sürətləndirib onu məğlub etməyə və daha sonra qoşunları geri çəkməyə dair plan qəbul edib.