TALEYİN ÜMİDİNƏ BURAXILMIŞ GÜNEY
Olsun, qoy öz maraqları üçün etsinlər. Amma bir dövlət kimi o “öz maraqları” deyilən şeyi özümsəyib bizə lazım olan məcraya yönəldə bilərik. Dünya İranın peşindədirsə, biz də bu oyunların içində öz payımızı, haqq etdiyimiz Güneyi əldə edə bilərik. Qərb maraqlarını təmin etmək üçün yola çıxırsa, Azərbaycan dövləti də öz maraqları üçün “oyunlara” başlamalıdır.
Bir çox məqamlarda Azərbaycanın ən böyük bəlası kimi göstərilən Qarabağ məsələsindən də qlobal və daha böyük bir problemi, Azərbaycanın parçalanmasını nədənsə indi çoxları unudub. Elə bu unutqanlığın nəticəsidir ki, milli hədəf və ideologiyadan danışanda əslində bizə bir çox xalqlar kimi qondarma hədəfin gərək olmadığını, bütövləşmənin elə milli hədəf olaraq seçilməsinin vacibliyini də yaddan çıxarırıq. Ən başlıcasısa, hər zaman İran işğalında olan Azərbaycanın güneyindən danışanda sanki dövləti olmayan bir millətdən danışırmış kimi danışırıq. Amma gerçək bu ki, Azərbaycanın qüzeyində pis-yaxşı bir dövlət var və bu dövlət Güneyə sahib çıxmalıdır.
“İndiki şəraitdə, İranla münasibətlərin kəskinləşdiyi bir vaxtda Azərbaycan dövlətinin Güney məsələsini qaldırması münasibətləri daha da kəskinləşdirə bilər ”, deyib, bu mövzuya ifrat ehtiyatkar yanaşanlar əslində unudur ki, Azərbaycanın qüzeyindəki dövləti təmsil edən iqtidarın İranla münasibətlərinin korlanmasına səbəb heç də milli məsələ deyil. Siyasi səbatsızlıq və sərvət hərisliyi ölkənin bütün vektorlar boyunca, eyni zamanda İranla da münasibətlərin bu hala gəlməsinə əsas səbəbdir. İkincisi, insan haqları heç bir dövlətin daxili işi deyil. O beynəlxalq qanunlarla tənzimlənir və elə bu üzdən də Azərbaycan dövləti oradakı soydaşlarımızın ən azından hüquqlarının tapdanmasını beynəlxalq təşkilatlar qarşısında qaldıra bilərdi.
Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının müvəqqəti üzvü oldu. Bu müddət ərzində Azərbaycan tərəfinin hər hansı ciddi bir sənədi, Qarabağ məsələsini belə müzakirəyə çıxarmasının şahidi olmadıq. İndiki halda, İranla münasibətlərin kəskinləşdiyi, Tehran rejiminin rəsmi Bakıya az qala gündə bir bəyanat səsləndirdiyi bir vaxtda da iqtidar susur. BMT-nin kürsüsündən İranda 40 milyonluq Azərbaycan türkünün ən adı insan haqlarından məhrum olması haqqında bir kəlmə belə danışmadı. Çoxları bunu “siyasət” adlandıra bilər. Amma nədənsə biz bu “siyasəti” Əli Həsənov, Səyavuş Novruzov kimilərinin İranın ünvanına səsləndirdiyi ehtiyatsız və gərəksiz fikirlərdə görmürük.
Bəlli ki, Azərbaycanın qüzeyində qurulmuş dövlət azad və demokratik dəyərlərlə idarə olunsaydı, indi bura Güney üçün cazibə nöqtəsi, sığınacaq və güvən yeri ola bilərdi. Amma nə yazıq ki, Güneydə olan, milli məsələlərlə maraqlanan hər kəs burdakı irticaçı və dövlətçilik ənənələrindən uzaq bir iqtidarın hakimiyyətdə olmasından xəbərdardır və bu üzdən də Azərbaycan dövlətindən heç bir gözlənti yoxdur.
Güneydəki fəallar dünyanın hər tərəfinə yayılıb. Bu insanların tək amalı Azərbaycanın bütövlüyüdür. Azərbaycanın qüzeyində mövcud olan hakimiyyət bu insanlara qucaq açmır, hətta onları həbs edib İrana təslim etməkdən belə çəkinmir. Halbuki bu insanlar burda, öz vətənində güvəndə olmalı, öz mücadilələrini asudə aparmaq üçün bütün dəstəyi almalıdırlar. İranda 40 milyonluq türkün varlığını və bütün haqlardan məhrum olmasını dünyaya çatdırmaq və bu yolda ciddi işlər görmək Azərbaycan iqtidarının işidir. Amma hakimiyyəti maraqlandıran Güney Azərbaycan deyil, xaricdə lobbiçilik adı altında xərclənən pullar da ölkə adına edilmir, iqtidarda qalıb daha çox talamaq adına edilir. Yəqin ki, müxalifət liderlərindən birinin əleyhinə ABŞ-da çıxan dərgiyə rüşvət verib məqalə yazdırılmasını hamı xatırlayır. Bunun yerinə o pullar Güney Azərbaycandakı durumun dünyaya çatdırılmasına sərf edilsəydi daha düzgün olmazdımı?!
Amma nə yazıq ki hələ ki, bizə bu iqtidarın düz olan işdə barmağını görmək xoşbəxtliyi qismət olmayıb.