İnsanlara hürriyət, millətlərə istiqlal!

Taksi sürücüsü ilə turist qadın arasında ödəniş mübahisəsi: Qolundan tutub ... - VİDEO

1387 05.03.2023 15:14 Hadisə A A

Taksimdə qadın sərnişin taksi sayğacının üzərində yazılan 17 lirəni ödəyəcəyini, taksi sürücüsü isə yaxın məsafəyə gediş haqqının 40 TL olduğunu bildirib.

Musavat.com xəbər verir ki, ikilinin mübahisəsi mobil telefonun kamerasına əks olunub.

Sözügedən hadisə martın 3-də məşhur Taksim meydanında baş verib. Taksiyə minən qadın turist tezliklə enmək istəyib. Taksi sürücüsü maşını yeraltı keçiddə saxlayıb.

Taksi sürücüsü qısa məsafənin qiymətinin 40 lirə olduğunu bildirib. Qadın isə taksi sayğacının üzərində 17 lirə yazıldığını,  yazılan gediş haqqını ödəyəcəyini bildirib. Bunun üzərinə müştəri ilə taksi sürücüsü mübahisə etməyə başlayıb. Taksi sürücüsü mübahisəni mobil telefonun kamerası ilə lentə alıb. Taksi sürücüsü qadını qolundan tutaraq pulu ödəməsini tələb edib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR