İnsanlara hürriyət, millətlərə istiqlal!

Taksi sürücüləri üsyan edir

2214 29.11.2014 09:12 Ölkə A A

Bu sözləri metronun “Neftçilər” stansiyası yaxınlığında çalışan bir qrupu taksi sürücüsü dedi. Onların sözlərinə görə, polis avtobus dayanacağı yaxınlığında dayanmağa imkan vermir. Sürücülər bildirirlər ki, 8-ci kilometr bazarı yanında belə bir qadağa yoxdur və onlara qarşı ayrı-seçkilik edilir. 

Sürücülər deyirlər ki, onların çörək pulu bu yerdən çıxır və müştərilər da onları axtarıb tapmaqda əziyyət çəkmir. Son günlər isə taksi sürücülərinin ərazidən uzaqlaşdırılmasına  görə onlar işləməyə yer tapmırlar: “Bəs hara gedək? Bizim çörəyimizə bais olublar. Əvvəl Nəqliyyat Departamentinin əməkdaşları göz verib, işıq vermirdilər. İndi də polis dayanmağa icazə vermir. 

Avtobus dayanacağında taksi saxlamaq qadağandır. Bunu başa düşdük və ərazi açıldı. Amma qanunda var ki, avtobus dayanacağından 15 metr aralıda taksi saxlamaq olar. Buna da icazə verilmir. Neçə gündür ki, bizi işsiz qoyublar. 

Neçə illərdir fəaliyyət göstərdiyimiz dayanacaqda maşın saxlamağımıza imkan vermirlər. Amma bizdən bir dayanacaq əvvəldə nə qədər taksi var. “Qara Qarayev” metrosunun girişində dayanan taksilər var". 

Nəzərinizə çatdıraq ki, bir müddət əvvəl “Neftçilər” metrostansiyası yaxınlığındakı ticarət mərkəzinin qarşısında da avtomobil saxlamaq qadağan edilmişdi. Polis əməkdaşları ilə ticarət obyektlərinin sahibləri arasında əldə edilmiş razılıqdan sonra avtomobillərin saxlanmasına izn verilirdi. Ancaq yenidən problem qaldırılıb və sürücülər taksiləri harada saxlayacaqlarını bilmirlər. Sürücülər aidiyyəti qurumlara müraciət edərək onlara işləmək üçün şərait yaradılmasını xahiş edirlər. 

E.SALAMOĞLU
Foto müəllifindir


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR