İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Mirkişili: “Hamının “mümkünsüz” dediyi şey bir daha Azərbaycanda mümkün oldu”

1007 17.04.2024 16:28 Ölkə A A

“Rusiya sülhməramlı qüvvələri Qarabağı vaxtından əvvəl tərk edir…Bizim beynəlxalq platformalarda ünsiyyətdə olduğumuz xarici deputat və diplomat həmkarlarımızın hamısı Azərbaycanın bunu edə bilməyəcəyi, Rusiya qüvvələrinin Qarabağdan çıxmayacağını bildirirdi. Biz isə cavabında “yaşayarıq, görərik” deyirdik. Və hər kəs gördü”.


Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bunu Musavat.com-a bildirib.

Komitə rəhbəri qeyd edib ki, hamının “mümkünsüz” dediyi şey bir daha Azərbaycanda mümkün oldu:

“Həm də, dost qalaraq, milli maraqları tam təmin edərək…Bu hadisə bir daha Azərbaycan Prezidenti cənab İlham Əliyevin tək müdrik deyil, eyni zamanda, çox peşəkar, incə siyasət yürüdən və indiyə qədər heç kimin sahib olmadığı bir dövlət xadimi istedadına sahib olduğunu dünyaya sübut etdi! Biz buna zatən əmin idik…Qoy dünya da əmin olsun bir daha!”


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR