İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Kərimli: “Avropa Parlamentinin qəbul etdiyi sənəd ədalətli və mühümdir”

578 14.06.2020 16:24 Qarabağ xəbərləri A A

“Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən çox ciddi sənəd qəbul edib. Bu, çox ədalətli və mühüm sənəddir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

T. Kərimli nəzərə çatdırıb ki, Azərbaycan Avropa Parlamentinin üzvü deyil:

“Amma Azərbaycan Avropa Şurasının üzvüdür. Avropa Şurası bu addımı atmadığı halda Avropa Parlamenti edib. Bildiyimiz kimi, Avropa Parlamenti Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi etiraz edib. Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Besesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıb. Xüsusilə qeyd olunmalıdır ki, sözügedən bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub. Bəyanatda yaxın vaxtlarda Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının tezliklə başlayacağı ilə bağlı etiraz ifadə olunur.

Bu yeni yol infrastrukturu işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistanın Qafan rayonunu Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək. Qeyd olunmalıdır ki, bu magistralın inşası qərarı Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər. Bəyanatda, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə dəstək ifadə olunub. Vasitəçiliyin uğur qazanması üçün Avropa Parlamenti Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara öz öhdəliklərini gücləndirməyə çağırıb”.

Deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə tanınıb:

“Onu da qeyd edim ki, Ordumuzun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları sayəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən bütün yollara Azərbaycan Ordusu nəzarət edir. Ermənistan işğal etdiyi Dağlıq Qarabağı nəqliyyat vasitəsilə birləşdirmək cəhdləri nüfuzlu və mötəbər orqan tərəfindən pislənməsi Azərbaycanın siyasi-diplomatik mövqelərini bir qədər də möhkəmləndirdi. Beləliklə, növbəti dəfə Ermənistanın işğal etdikləri torpaqları qanuniləşdirmək cəhdlərinə hüquqi və siyasi zərbə dəymiş oldu”.

T.Kərimli hesab edir ki, Ermənistan öz işğal siyasəti və fəaliyyəti ilə özünü bir daha ifşa etdi və Avropa Parlamenti də buna həm hüquqi, həm də siyasi rəy verdi:

“Bütün dünya bir daha yaddaşını təkrarladı kı, Dağlıq Qarabağ həm beynəlxalq hüquq normaları, həm də tarixi nöqteyi-nəzərdən Azərbaycanın tərkib hissəsidir. Cənab Prezidentin söylədiyi kimi, Qarabağ Azərbaycandır!"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR