“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Tahir Kərimli parlament üzvlərinin fəaliyyəti barədə bəzi məsələlərə aydınlıq gətirilməsini zəruri saydı.
“Xüsusi karantin rejimində məhdudiyyətlərin deputatlara şamil edilməməsi fövqəladə vəziyyət elan olunduqda davam edəcəkmi?”-deyə, deputat sual etdi. T.Kərimli
Milli Məclisin iclasının qapalı keçirilməsindən də bəhs etdi: “Dövlət qurumlarında çalışan insanların qeyd edilən izolyasiya qaydalarına əməl etməməsi insanlar arasında birmənalı qarşılanmır. Digər tərəfdən, 65 yaş məhdudiyyəti təqaüdçülərə aid edilməlidir, işləyənlərə yox. Eyni zamanda, dezinfeksiya işlərinin də təkmilləşdirilməsinə ehtiyac var. Yarmarkaların fəaliyyətinə də çox ciddi nəzarət edilməlidir. Çünki bu insanlar virusun rayonlarda da yayılımasına səbəb ola bilərlər”.
E.Paşasoy,
Musavat.com






