“Planet Parni iz Baku" KVN Teatrının bədii rəhbəri, əməkdar artist Tahir İmanov suyun qiymətinin qalxmasına münasibət bildirib.
Musavat.com xəbər verir ki, Tahir İmanov İnstaqramda video paylaşaraq qiymət artımına kinayəli yanaşıb:
"Tarif Şurası suyun qiymətini qaldırandan sonra biz də adətlərimizi dəyişdik. Bu gündən həftə yox, ay hamamı olacaq".
Qeyd edək ki, yanvarın 31-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
İclasda “Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.
Qərar 2021-ci il fevralın 1-dən qüvvəyə minib.
Könül,
Musavat.com






