Tağı Əhmədovdan metroda işıqların sönməsinə reaksiya: “Partlayan olmayıb...”
Bir neçə saat əvvəl metroda işıqların sönməsinə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov da münasibət bildirib.
Xeberdar.az saytına açıqlama verən T.Əhmədov fasilənin bir neçə dəqiqə çəkdiyini deyib: "Şəhər elektirik şəbəkəsində enerji kəskin düşdüyü ücün 26-cı yarımstansiyada işıqlar sönüb. Bu bir neçə dəqiqə davam edib. Ürəyi gedən, partlayan olmayıb. Hazırda qatarların hərəkəti davam edir, heç bir problem yoxdu”.
* * *
16:35
İşıqların sönməsi ilə bağlı Bakı Metropoliteni açıqlama verib. Qurumun mətbuat xidmətindən virtualaz.org saytının sorğusuna cavab olaraq bildiriblər ki, işıqların sönməsi texniki problemlərlə bağlı olub: “Generatorların işə düşməsi təxminən 1 dəqiqədən az çəkib. İşıqların sönməsinin səbəbləri araşdırılıb, texniki nasazlıq aradan qaldırılıb. Hazırda qatarların hərəkətində problem yoxdur”.
Qurumdan işıqların sönməsi zamanı xəsarət alanın olmadığını da qeyd ediblər.
* * *
16:19
Bakı metrosu qaranlığa qərq olub.
Virtualaz.org bildirir ki, milli.az əməkdaşının verdiyi məlumata görə, metronun "28 May" stansiyasında işıqlar sönüb. "Həzi Aslanov" və "Azadlıq prospekti" istiqamətində olan platformalarda qatarlar dayanıb.
İnsanlar həyəcan içərisindədirlər.






