İnsanlara hürriyət, millətlərə istiqlal!

Taekvondoçumuza qızıl medalı İlham Əliyev təqdim etdi - VİDEO, FOTOLAR

948 18.06.2015 23:36 İdman A A
Avropa Oyunlarında Azərbaycana 12-ci qızıl medalı taekvondoçumuz Milad Beiqi Harçeqani qazandırdı.

Musavat.com xəbər verir ki, 80 kq çəki dərəcəsində ölkəmizi təmsil edən idmançımız finalda Rusiya təmsilçisi Albert Quana qalib gəlib. Nəticədə Harçeqani çempion olaraq, bayrağımızı dalğalandırıb.

Bu görüşü Azərbaycan prezidenti İlham Əliyev, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov da tribunadan izləyib.
 
Fəxri kürsüyə qalxan Harçeqaniyə qızıl medalı prezident İlham Əliyev təqdim edib. Daha sonra himn sədaları altında dövlət bayrağımız dalğalanıb.

Məhəmməd Türkmən

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR