İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacqoyma mərasimində öldürüb, 20 dəqiqə iqtidarda qala bilənlər – Ən qısa hökmranlıqları ilə tarixə düşən liderlər

2950 09.01.2021 17:22 Maraqlı A A

Hökmdarlıqları ölüm, çevriliş, üsyan və daha başqa səbəblərdən dolayı sona çatan 10 lider

Tarix unudulmaz liderlərlə doludur. Bəziləri böyük müharibələrdəki uğurları ilə, bəziləri isə amansız siyasətləri ilə xatırlanır. Ancaq bəzi hökmdarlar da var ki, onları yalnız tarix kitablarında görürük. Qısa hökmranlıqlarına bir çox uğursuzluqları sığdıra bilən bu liderlər tarixin ən talehsiz insanları kimi də xatırlanır.

Musavat.com sizə bu liderlər haqqında bir neçə maraqlı məqamları təqdim edir.

PAPA VII URBANUS

Əsl adı Giovanni Battista Castagna olan VII Urbanus 15 sentyabr 1590-cı ildə Roma Katolik Kilsəsinin ruhani lideri seçilib. Böyük ümidlərlə vəzifəyə başlayan VII Urbanus tacqoyma mərasimi keçirilməmişdən bir neçə gün əvvəl malyariya xəstəliyinə tutulub. VII Urbanusun qısa hökmranlığı, Papa seçildikdən yalnız 13 gün sonra ölümü ilə sona çatıb.

Louis Antoine (XIX Louis)

Fransa kralı X Karlın böyük oğlu Louis dünya tarixində iqtidara cəmi 20 dəqiqə sahib ola bilən bir lider kimi tarixə düşüb. O, kral olduqdan 20 dəqiqə sonra taxtdan çəkilməsi haqqında sənədləri imzalayıb.

Çin İmparatoru Mo

kısa saltanat

Mo ləqəbli Vanyan Çenqlin, Çin tarixindəki ən qısa müddətli imperator kimi tanınır. 9 fevral 1234-cü ildə Vanyan Çenqlinin tacqoyma mərasimi keçirildikdə, Monqollar Çinə hücum etməyə başlayıblar. Qısa müddətli mühasirədən sonra, imperator öldürülüb.

Vyetnam imperatoru Duk Duk

Vyetnam İmperatoru 1883-cü ildə vəfat etdikdə, vəliəhd Duk Duk onun yerinə keçib. Tacqoyma mərasimi zamanı strateji bir xəta edən imperator atasının ölümü ilə bağlı müxtəlif yas qaydalarını pozub. Vyetnam məhkəməsi bu məsələ ilə razılaşmayaraq qanuni proses başladıb. Məhkəmə imperatorun hökmranlığının üçüncü günündə onun zəhərlənərək öldürülməsinə qərar verib. Lakin tarixdə bu imperatorun aqibəti haqqında tam olaraq məlumat yoxdur.

Uilyam Henri Harrison

kısa saltanat

Uilyam Henri Harrison ən qısa müddətdə hakimiyyətdə olmuş ABŞ prezidentidir. Uilyam Henri Harrison 1841-ci il martın 4-də inauqurasiya çıxışı zamanı güclü yağış və küləyə baxmayaraq, ABŞ prezidentlərinin inauqurasiya çıxışları tarixində ən uzunmüddətli nitq söyləyib. 2 saat çıxış edən prezident nəticədə xəstələnərək pnevmaniya və plevrit diaqnozu ilə bir aylıq uğursuz müalicədən sonra vəfat edib. Uilyam Henri Harrison  toplam 32 gün 12 saat 30 dəq hakimiyyətdə qalıb.

Ceyn Qrey

kısa saltanat

Ceyn Qrey VIII Henrinin bacısı və Fransa kraliçası olan Mariya Tüdorun nəvəsi, Françeska Brandon və Suffolk hersoqu Henri Qreyin böyük qızı olaraq 1536-cı ildə dünyaya gəlib.  Taxt vəliəhdi VI Eduardın bacısı Mariya olmalı idi, ancaq kral vəsiyyətini dəyişib və Ceyn Qreyi taxt vəliəhdi elan edib. Buna səbəb isə bacısının katolik, Ceyn Qreyin isə protestant olması olub. Bütün bunlara baxmayaraq, Ceyn Qrey 9 gün taxtda qala bilib. Bacısı Mariya ordunun və xalqın dəstəyini alaraq taxtı ələ keçirib və 17 yaşındakı Ceyn Qrey London qalasına həbs olunub. Ceyn Qrey 1554-cü ilin yanvar ayında çıxan protestant üsyanında günahkar hesab olunaraq edam edilib.

Finlandiya Kralı Fridrix Karl

Finlandiya 1917-ci ildə  müstəqilliyini qazanıb və qısa müddət ərzində monarxiya yaşayıb. 1918-ci ildə, Birinci Dünya müharibəsindən dərhal sonra, Fridrix Karl Finlandiyanın seçilmiş ilk kralı olub. Lakin Fridrixin alman əsilli olması Finlandiya xalqı tərəfindən etirazla qarşılanıb. 66 gün sonra kral Fredrix etirazlara tab gətirə bilməyərək öz istəyi ilə taxtdan geri çəkilib.

Bizans İmperatoru II İsaakios

II. İsaakios Bizans İmperiyasında iki dəfə taxta çıxıb. Birinci hökmranlığı 1185-dən 1195-ə qədər olub. Ancaq onun ikinci hökmranlığı cəmi 179 gün davam edib. Bizans İmperiyasının ən uğursuz hökmdarı kimi tanınan II İsaakios oğlunun ölüm xəbərini aldıqdan sonra ürək tutmasından ölüb.

Rus Çarı III Petro

Tam adı Pyotr Fyodoroviçdir. III Petro taxta oturanda Rusiyanın xarici siyasətini tamamilə dəyişdirməyə başlayıb. Bu durum saray mühitinin II Petrodan uzaqlaşmasına səbəb olub. III Petro taxta çıxdıqdan 185 gün sonra senat və kilsənin qərarı ilə edam edilib.

Sultan V Murad

V Murad 33-cü Osmanlı sultanı və 112-ci İslam xəlifəsi olub. O, ən qısa müddət ərzində səltənətdə qalan və mason təşkilatına üzv olan Osmanlı sultanıdır. Əmisi Əbdüləzizin ölümü duyğusal V Murada dərindən təsir edib. Qısa müddətdə yaşadığı bir çox hadisələr onun mövcud olan zehni xəstəliyini daha da şiddətləndirib. Taxta çıxdıqdan 93 gün sonra zehni olaraq qeyri-sabit olması səbəbi ilə vəzifəsindən uzaqlaşdırılıb.

Turan Oruc
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR