Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya yeni seçkilərin keçirilməsi halında namizədliyni irəli sürməyəcəyini açıqlayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə “Belsat” agentliyinə müsahibəsində bildirib.
Xanım Tixanovskaya artıq siyasətdən yorulduğunu söyləyib. Bundan başqa, o, seçkilərdə əri Sergey Tixanovskinin iştirak edib-etməyəcəyi barədə suala cavab verməkdən yayınıb.
“Bu saat əsas məsələ siyasi dustaqların azad edilməsidir. Mənim özümün seçkilərə qatılmaq kimi fikrim yoxdur”,-deyə o, qeyd edib.
Maraqlıdır ki, xanım Tixanovskaya bir müddət öncə Belarusun yeni liderliyinə hazır olduğunu, hakimiyyətin ötürülməsi məqsədilə Koordinasiya şurasının yaradıldığını demişdi.
Musavat.com






