“Ever Given” aldı gəminin Süveyş kanalını bir həftə də bloklaması halında Avropada güclü mal tədarükü problemi yaranacaq”.
Musavat.com xəbər verir ki, bu sözlər ABŞ-ın Tafts universitetinin Dəniz araşdırmaları məktəbinin rəhbəri, professor Rekford Vaytsın TASS agentliyinə verdiyi müsahibədə səslənib.
“Əgər bu konteyner daşıyıcı gəmini kanaldan 2-3 günə çıxara bilməsələr, o zaman iqtisadi ziyan təxmin ediləndən artıq olacaq. Çünki bütün bu proses zəncirvari şəkildə bir-birini əvəz edir,”-deyə o bildirib.
Belə ki, Süveyş kanalının tıxanması nəticəsində ilk olaraq Avropanın Yaxın Şərqdən müntəzəm olaraq tədarük edilən və bu marşrutla nəql olunan xammalla çalışan neft-emal zavodları zərər görəcək. Bundan əlavə, qitədə Asiya-Sakit okean bölgəsindən gətirilən elektrik və digər məişət cihazlarında çatışmazlıq yaranacaq.
Qeyd olunur ki, “Ever Given” gəmisinin Süveyş kanalında yaratdığı tıxac nəticəsində yük gəmilərinin növbəsi 65 km-ə qədər gedib çatır.
Musavat.com






