İnsanlara hürriyət, millətlərə istiqlal!

Süveyş kanalı ilə taxıl daşımaları 42 faiz azalıb

315 23.01.2024 02:14 Dünya A A

Qırmızı dənizdəki gərginliklə əlaqədar gəmilərin marşrutunun dəyişdirilməsi Süveyş kanalı vasitəsilə buğda tədarükünün son iki həftədə illik ifadədə demək olar ki, 40 faiz azalaraq 0,5 milyon tona düşməsinə səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə Ümumdünya Ticarət Təşkilatı (ÜTT) məlumat yayıb.

“Wheat Dashboard”un məlumatına görə, 2023-cü ilin dekabrında Avropa İttifaqı, Rusiya və Ukraynadan Asiya və Şərqi Afrika ölkələrinə tədarük edilən buğdanın təxminən 8 faizi Süveyşdənkənar marşrutlar vasitəsilə daşınıb. Halbuki dekabra qədər bu göstərici orta hesabla 3 faiz təşkil edib. Yanvarın birinci yarısında alternativ marşrutlar üzrə daşımaların payının 42 faizə yüksəldiyi təxmin edilir.

Aİ-dən Süveyş kanalından başqa marşrutlar vasitəsilə buğda tədarükü dekabrın əvvəlindən yanvarın ortalarına qədər 330 min ton təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici cəmi 50 min ton olmuşdu. Eyni zamanda Rusiyadan alternativ yollarla 190 min ton buğda nəql edilib, hansı ki, bir il əvvəl bu, sıfır həcmdə idi. Bu arada, Ukraynadan gələn bütün təchizat Süveyş kanalından keçməyə davam edir.

ÜTT hesab edir ki, hər il təxminən 76 milyon ton taxıl, yağlı bitkilər və onların məhsulları Avropa İttifaqı, Rusiya və Ukraynadan Asiya və Şərqi Afrikaya daşınır. Bu, həmin malların qlobal ticarətinin 17 faizini təşkil edir.

ÜTT və Beynəlxalq Taxıl Şurası (IGC) tərəfindən hazırlanmış məlumat aləti olan “Wheat Dashboard”, ərzaq təhlükəsizliyi ilə bağlı artan qlobal narahatlıqlara beynəlxalq reaksiyanın bir hissəsi kimi 2023-cü ilin may ayında istifadəyə verilib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR