Vətən müharibəsinin 37-ci günündə müzəffər ordumuz bizə ard-arda qələbə qüruru yaşadır. Azərbaycan cəmiyyəti qeyri-rəsmi də olsa, bu həftəni Xocavənd-Laçın-Şuşa həftəsi adlandırıb və gözləntilərini böyüdüb. Vətən savaşının bu ay bitəcəyi, Azərbaycan tarixində noyabr ayının qələbə ayı kimi qeyd olunacağı ilə bağlı ümidlər artmaqdadır.
Erməni ordusunda isə bu günlərdə ciddi itkilər var. Hətta Avropada yaşayan ermənilər "mühüm bir erməni"nin yasına hazırlaşırlar. Ermənistan ordusunda əsgərlər arasında atışma gedir, vuruşmaq istəməyənlər ayağa qalxır.
Prezident İlham Əliyev isə "Şuşaya bir nəfəs qədər yaxınıq" deyə cəmiyyəti bir daha ruhlandırıb. Cəbhə bölgəsindən yenicə gələn veteran döyüşçü, milli qəhrəman Fred Asifin qardaşı Ədalət Məhərrəmovla bu gün son durumu müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, canlı yayına qatıla bilərsiz.
Youtube səhifəmizin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebook səhifəmizin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Musavat.com






