“Şuşanın işğaldan azad edildiyini Ali Baş Komandanın dilindən eşitmək ayrı bir sevinc idi. Çünki təsdiqlənmiş məlumat idi. Neçə dəfə mənə Şuşanın alındığını demişdilər. Amma mən Prezidentimizin dilindən eşitmək istəyirdim. Çünki yalnız o zaman əmin olacaqdım”.
Bu sözləri müğənni Xuraman Şuşalı Musavat.com-a açıqlamasında deyib. O, Şuşanın erməni işğalından azad edilməsi xəbərini gözyaşı ilə qarşıladığını bildirib:
“Şuşanın azad olunması xəbərini eşidəndə övladlarımı qucaqlayıb ağladım. Sonra namaz qıldım, Allaha dua etdim. Sonra yenə ağladım. Şükür Allahıma ki, bu günü bizə yaşatdı. Qəribə hisslər keçirirəm. Həm sevincindən ağlayırsan, həm də şəhidlər üçün üzülürsən. Kaş, atam və anam da bu günləri görərdi. Qələbə günümüzü görərdilər. Mən illərdir ki, torpaqlarımızın alınması üçün Allaha dua edirdim. O günü biz gördük, övladlarımız gördü. Şuşaya gedəcəyim günü səbirsizliklə gözləyirəm. Cənab Prezidentimizə və Ordumuza təşəkkür edirəm”.
Könül
Musavat.com






