İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşalı alim “La Gazette” portalına iki əsrlik evlərinin dağıdılmasından danışıb

1061 05.09.2022 17:52 Mədəniyyət A A

 

Fransada fəaliyyət göstərən “La Gazette” portalı professor Elçin Əhmədovun Şuşadan müsahibəsinin 3-cü hissəsini yayıb.

Musavat.com xəbər verir ki, “La Gazette” portalının “Yer üzündən silinmiş ev” sərlövhəli yazısında və videomüsahibədə professor Elçin Əhmədov tərəfindən Şuşadakı 17 məhəllədən biri olan Mamayı məhəlləsi, bulağı və həmin məhəllədəki yaşadığı evin hazırkı vəziyyəti haqqında məlumat verilir.  Elçin Əhmədov qeyd edib ki, Şuşada 17 məhəllənin bütün qədim yaşayış evlərinin çox hissəsi yarıuçuq vəziyyətdədir, bəzi evlərin isə, izi belə qalmayıb. O, Mamayı məhəlləsinin başlandığı yerdən, yəni Saatlı məscidinin yanından, “Qarabağ” mehmanxanasından yuxarı qalxanda qədim iki əsrlik evlərin hamısının tamamilə dağıdıldığını və ya yer üzündən silindiyini, erməni vandalizminə məruz qaldığını bildirib. Professor diqqətə çatdırıb ki, Şuşada bu məhəllələr içərisində şəhərin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsindəki iki əsrlik yaşı olan qədim evlər 1992-ci ildən sonra, 28 il ərzində, yəni işğal dövründə məqsədyönlü şəkildə ermənilər tərəfindən vəhşicəsinə dağıdılmışdır.

Elçin Əhmədov müsahibədə qeyd edir: “Qarabağ” mehmanxanasından 50 metr  yuxarı qalxanda sağ tərəfdə yerləşən  və 1 metrə yaxın qalın divarları, uzun və sal daşlardan ibarət pilləkənləri olan evmiz bütünlüklə  sökülüb, daşları ermənilər tərəfindən xarici ölkəyə satılıb və ya Ermənistana daşınıb. Bizim evi müharibə vaxtı yox, müharibədən sonra ermənilər dağıdıblar. Yəni, 1992-ci ldə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal ediləndə evə bir güllə belə dəyməmişdi. Şəhəri məcburən tərk edəndən sonra bizim evlə yanaşı, Mamayı məhəlləsindəki iki əsrdən çox yaşı olan və dövlət tərəfinfən qədim yaşayış binaları kimi qorunan evlərin əksəriyyəti dağıdılıb və ya yer üzündən silinib”.

Şuşadakı 17 məhəllədən biri olan və şəhərin mərkəzi hissəsində yerləşən qədim Mamayı məhəlləsindəki “Mamayı”  bulağı haqqında da məlumat verən professor yaşadığı evin həyətində vaxtilə mövcüd olan qədim su quyusundan bəhs edib. Bununla yanaşı, iki əsrlik evin qoruyub saxladığı bütün sənədlərini, yaşadışı məhəllənin işğaldan əvvəlki şəkillərini də göstərərək erməni vandalizmini faktlarla diqqətə çatdırıb.

Qədim tarixə malik Şuşa şəhərindəki əksər yaşayış evlərin dağıdılması və ya məhv edilməsindən bəhs edən və Fransanın tanınmış “La Gazette” portalındakı bu müsahibə Ermənistanın təcavüzkar siyasətinin və erməni vandalizmünün dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm  əhəmiyyət kəsb edir.

Yazı və videomüsahibənin tam mətni ilə bu linklərə daxil olmaqla tanış olmaq mümkündür.

https://www.lagazetteaz.fr/news/special_karabakh/9692.html       

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR