İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşadan qaçan Ohanyandan SAVAŞ çağırışı

1205 21.07.2023 19:02 Son xəbər A A

“Ermənistan və Qarabağ (rus sülhməramlılarının olduğu yerlərdə özünü hökumət elan edən separatçı rejim nəzərdə tutulur - red.) ətrafında halqa daralır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində eyni adlı müxalifət bloku fraksiyasının rəhbəri, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

Onun sözlərinə görə, ermənilər təkcə Qarabağı yox, həm də Ermənistanın suverenliyini itirmək ərəfəsindədir: “Bir hərbçi kimi deyə bilərəm ki, məhz belə situasiyalarda, bir qayda olaraq, daha ciddi hesablamalar aparmaq, mübarizənin davamını daha dəqiq planlaşdırmaq lazımdır və bu, davam etdirilməlidir.

“Hər şeyi təslim edəcəyik ki, sülh olsun” məntiqinə uyğun hərəkətlər reallıqda sülhə gətirib çıxarmır, sülh üçün mübarizə aparmaq lazımdır, torpağın hər qarışı uğrunda vuruşurlar. Başqa yol yoxdur”, - deyə eks-nazir bildirib.

Ohanyanın sözlərinə görə, hazırkı situasiyanı və yaradılmış geosiyasi konfiqurasiyanı nəzərə alaraq, indi sülh gündəmi üçün vaxt deyil.

“Sülh gündəmi Türkiyə-Azərbaycan tandeminin yaratdığı ilğımdır. Bu, erməni xalqı və beynəlxalq oyunçular üçün yaradılmış ilğımdır. Türkiyə və Azərbaycan heç vaxt erməni xalqı ilə sülhün bərqərar olması yolunu tutmayacaq”, - deyə Ohanyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR