İşğal altındakı Azərbaycan ərazilərində dəm qazı bir ailənin üç üzvünün ölümü ilə nəticələnib.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Məlumata görə, hadisə 8 yanvar saat 19.05 radələrində Şuşadakı evlərdən birindəki mənzildə baş verib. Xilasedicilər hadisə yerinə gələrək qapını qırıblar və 1986-cı il və 1990-cı il təvəllüdlü ər-arvad, həmçinin onların 2014-cü il təvəllüdlü oğlunun meyitini aşkarlayıblar. Ailənin 2011-ci il təvəllüdlü digər uşağı isə Xankəndidəki uşaq xəstəxanasına çatdırılıb. Onun durumu ağırdır.
Musavat.com






