İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şuşada birliyimizin, qardaşlığımızın sarsılmazlığı dünyaya bir daha nümayiş etdiriləcək”

568 15.06.2021 11:00 Siyasət A A

İyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya tarixi səfəri olacaq. Bütün dünyanın diqqət mərkəzində olacaq bu böyük hadisə Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətlərinin daha bir parlaq təcəssümü hesab edilir. İki qardaş ölkə arasında münasibətlərdə elə bir sahə yoxdur ki, əməkdaşlıq, müttəfiqlik olmasın. Azərbaycan-Türkiyə qardaşlığı, müttəffiqlik münasibətləri, dərin əməkdaşlıq əlaqələri dünya dövlətləri üçün nümunədir. Dünyada başqa heç bir dövlətlər arasında Azərbaycanla Türkiyənin qardaşlıq münasibətləri səviyyəsində münasibət yoxdur.

Bu barədə “Yeni Müsavat”a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirdi ki,  15 iyun Azərbaycanda Milli Qurtuluş günü olaraq qeyd edilir. Məhz həmin gün Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşaya getməsi çox böyük rəmzi məna daşıyır. Həm də Azərbaycan-Türkiyə tarixində xüsusi hadisədir: “Çünki Azərbaycana Türkiyədən indiyə qədər dövlət başçıları səfər ediblər, lakin müstəqilliyimizin bərpasından az sonra Şuşa erməni işğalı altına düşdüyündən bu tarixi şəhərimizə qardaş Türkiyənin liderlərinin səfəri olmayıb, Cənab Ərdoğan Şuşaya səfər edən ilk Türkiyə prezidenti olacaq. Bizim üçün Türkiyə önəmli olduğu kimi, Türkiyə üçün də Azərbaycan önəmlidir. Çünki bu iki dövlət bi millətin iki dövlətidir. Bunu hər kəs bilir. Bu iki qardaş dövlət aralarında əlaqələri ən yüksək səviyyədə qururlar. Bütün türk dövlətləri bu gün bir araya gəlmək zərurətini hiss edirlər və Türkiyə ilə Azərbaycanın sıx münasibətləri həmin dövlətlər üçün bir nümunə, bir stimuldur. SSRİ dağılandan sonra artıq türklərin bir-birinə yaxınlaşmasına mane olan əngəllər bir xeyli zəifləyib. Türkiyə ilə Azərbaycanın müttəfiqliyi isə bir ayrıdır. Biz bir millətin iki dövlətiyik. Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşaya getməsi 44 günlük müharibənin nida işarəsidir.

Xalq şairi Sabir Rüstəmxanlı : Dünya 2020 -ci sinifdə qalıb - MÜSAHİBƏ |  Edebiyyatqazeti.az

Sabir Rüstəmxanlı: “Milli Qurtuluş günündə Azərbaycan və Türkiyə prezidentlərinin Şuşaya getməsi çox böyük rəmzi məna daşıyır”

44 günlük Vətən savaşında bizə ən çox mənəvi dəstək verən Türkiyə oldu. 1918-ci ildə Nuru Paşa komandanlığında Türk islam Ordusu necə Azərbaycanı xilas elədisə, indi də Türkiyə Türk İslam Ordusunun gördüyü işin mənəvi tərəfini davam etdirir. O zaman ordu gəlmişdi, bu dəfə ordu gəlmir, amma Türkiyə ən yüksək səviyyədə dünyaya bəyan elədi ki, Azərbaycanla birik, Azərbaycanı sonadək müdafiə edəcəyik. Bu mesaj qarşısında çox iddialar, çox qüvvələr geri çəkilməyə məcbur oldu. Ərdoğanla İlham Əliyev Şuşada bizim birliymizi, qardaşlığımızın sarsılmazlığını bütün dünyaya bir daha nümayiş etdirəcəklər. Türkiyənin də Azərbaycan kimi Qarabağda, Şuşada bayrağının əbədi dalğalanacağını dünyaya göstərəcəklər. Şuşa səfəri iki qardaş ölkənin müttəfiqliyində, əməkdaşlığında, qardaşlığında tarixi əhəmiyyətli hadisə olacaq”.

Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!” - Modern.Az  Azərbaycan və dünya xəbərləri

Fazil Mustafa: “İki qardaş dövlətin münasibətlərində daha bir yeni səhifə açılacaq”

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq, müttəfiqlik əlaqələri yüksək səviyyədə davam edir və dərinləşir. Hansı sahədə əməkdaşlıqda boşluqlara rast gəlinirsə, onu asanlıqla ortadan qaldırmaq iradəsi də var. Bütün məsələlər birlikdə, əməkdaşlıq, müttəfiqlik, qardaşlıq şəraitində həll edilir: “Əsasən müttəfiqlik hərbi, iqtisadi sahələrdə özünü daha çox qabarıq göstərir. İqtisadi sahədə yatırımların səviyyəsinə görə, başqa türk respublikalarından fərqli olaraq Türkiyə ilə Azərbaycan bir-birinə daha çox güvənərək yatırım qoyurlar. İki qardaş ölkə arasında bir-birinə güvən mövcuddur. Bu çox ciddi amildir. Azərbaycan Prezidenti və Türkiyə Prezidentinin Şuşa səfəri iki qardaş dövlətin münasibətlərində daha bir yeni səhifənin açılması olacaq”.

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin qədim tarixi var və bu iki dövlət öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdiriblər. Tarix boyu Azərbaycanın problemi Türkiyənin problemi, Türkiyənin dərdi Azərbaycanın dərdi olub. Biz hər zaman Türkiyənin beynəlxalq aləmdə bütün sahələr üzrə qazandığı uğurlara sevindiyimiz və  bu nailiyyətləri ilə qürur hissi keçirdiyimiz kimi, Azərbaycan xalqının uğurları və qələbələri də Türkiyə üçün qürur mənbəyi olub: “Hələ 2010-cu il sentyabrın 15-də İstanbul şəhərində ”Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında" Birgə Bəyannamə qəbul olunub, bunun ardınca Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq sazişi imzalanıb. İki ölkə arasında imzalanmış strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında bu müqavilə beynəlxalq aləmdə bir daha təsdiq edib ki, Türkiyə ilə Azərbaycan daim hər sahədə çiyin-çiyinədir. Biz 44 günlük İkinci Qarabağ savaşında da, ondan əvvəl də, sonrakı dövrdə elə bu günə qədər də buna şahidlik etdik və etməkdəyik".

Arzuxan Əlizadə - VHP

Arzuxan Əlizadə: “Bu səfərdən gözləntilərimiz böyükdür”

A.Əlizadə qeyd etdi ki, bu gün də Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çoxşaxəlidir və demək olar ki, bütün sahələri əhatə edir. Siyasi, iqtisadi, mədəni, təhsil, təhlükəsizlik və müdafiə sahələrində, Silahlı Qüvvələrimizin birgə təhsili və bir-birilərinə köməyi sayəsində iki qardaş ölkə dünyada analoqu olmayan böyük bir həmrəylik içərisindədir: “Beynəlxalq platformalarda da Azərbaycan və Türkiyə daim sanki bir ölkə kimi hərəkət edir və hər ikisi bir-birini daim dəstəkləyir və əminəm ki, dəstəkləməkdə də davam edəcək. Təbii ki, hər birimiz bu dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etməsinin tərəfdarıyıq. Bu baxımdan Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın 15-16 iyun tarixlərində ölkəmizə edəcəyi növbəti səfərindən də gözləntilərimiz böyükdür. Xüsusilə də iki qardaş ölkə prezidentinin işğaldan azad olunmuş ərazilərimizə, o cümlədən Şuşaya səfərini tarixi hadisə hesab edirəm. Əvvəlcədən də açıqlandığı kimi, Şuşada Azərbaycan və Türkiyə dövlətləri arasında növbəti əhatəli müqavilənin imzalanacağı da gözlənilir ki, bunun da iki qardaş ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyi qənaətindəyəm”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR