İnsanlara hürriyət, millətlərə istiqlal!

''Şuşa-Qarabağ'' klubu fəaliyyətini bərpa etdi

1114 23.06.2016 14:13 İdman A A
2009-cu ildə yaranmış  “Şuşa-Qarabağ”  futbol klubu bir müddət fəaliyyətini dayandırandan sonra yenidən bərpa olunub və fəaliyyətini bərpa edib.

Bu barədə Musavat.com-a klubun mətbuat xidmətindən məlumat verilib. 

Bildirilir ki, klub Azərbaycan  I-ci divizionunda iştirak etmək üçün PFL müraciət edib. 

Verilən məlumata görə komandanın baş məşqçisi təyin olunmuş Nadir Qasımovun rəhbərliyi altında hazırda gündəlik  “Əlincə”  arenada seleksiya xarakterli intensiv məşqlər keçirilir. Geridə qalan 12 gün ərzində komandaya xeyli sayda gənc və perspektivli oyunçular cəlb olunub. Hazırda komandanın formalaşması, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üçün iddialı komandanın formalaşması üçün işlər davam etdirilir. Seleksiya xarakterli məşqlər bitdikdən sonra proqrama əsasən komanda növbəti mövsümə hazırlıqlarını davam etdirəcək. 
Tam heyət formalaşandan sonra, heyət haqqında qarşıya qoyulan tapşırıqlar və görüləcək işlər barədə futbol ictimaiyyətinə açıqlama veriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR