Azərbaycan cəmiyyəti Şuşa qələbəsindən heç vaxt olmadığı qədər qürurlu və sevinclidir. Amma tam qələbəyə doğru hələ gediləcək yolumuz var. Şuşanın azad edilməsi: növbəti mərhələ nə olacaq? Ermənilər masaya oturacaqlarmı? Bu, təkcə hərbi qələbə deyil, həm də siyasi, geopiltik qələbədi.
Hülusi Akar və Çavuşoğlu Bakıda. Səfərin məqsədi nə ola bilər? müharibənin növbəti -sonuncu mərhələsilə bağlı məsləhətləşmə?
Müharibədən sonra yeni parlament seçkisi keçirilə bilərmi? Bu haqda vaxtaşırı informasiyalar dolaşır. Hazırda hakimiyyətin reytinqi yüksək olduğu üçün onun namizədlərinin təbii qələbəsini təmin etmək mümkün olar. Parlamentin tərkibi təzələnər, yeni qan gələr iqtidarın “damarlarına”. İctimai qıcıq doğuran simalardan qurtular. Əslində bu, bütövlükdə hakimiyyət komandası ilə bağlı ola bilər. Gənc, bir neçə dil bilən, korrupsiyaya, rüşvətə bulaşmayan kadrların hakim komandaya cəlb edilməsi prosesi daha sürətlə gedəcək yəqin ki müharibədən sonra.
ABŞ-da prezident seçkisinin hazırkı durumu. Bayden təsdiqlənirmi? Onun Azərbaycana, Türkiyəyə münasibəti haqda narahatlıq var. Onunla dil tapmaq mümkün olacaqmı?
Bu və digər sualların cavabını hazırda AXP sədri, eks baş nazir Pənah Hüseynlə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, canlı yayına qatıla bilərsiz.
Youtube səhifəmizin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebook səhifəmizin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Musavat.com






