İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şuşa doğum günümə ən böyük hədiyyə oldu” – Namiq Qaraçuxurlu

691 23.12.2020 14:23 Şou-biznes A A


"Şuşa üçün can atıram. Hər zaman pis olurdum ki, oranı görməmişəm. Oranı görmək mənim üçün inanılmaz idi. Şuşalı dostlarım çoxdur. Onlarla oturanda o qədər danışırlar ki... Onlar qədər Şuşa üçün darıxırdım”.

Musavat.com xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Onların səsi" proqramında deyib. Sənətçi Şuşa sevgisindən bu cür bəhs edib:
“Ən böyük arzum ora getməkdir. Noyabrın 8-i ad günüm idi. Dostlarım təbrik üçün yığışmaq istəyirdilər, razılaşmadım. Amma ad günümdə ən böyük hədiyyə Şuşanın azad olunması oldu. İkiqat bayram yaşadım”.

Sənətçi yeni mahnısından da danışıb:
“Yeni mahnı üstündə işləyirəm. Düşünürəm onu Şuşada ifa edəcəm”.

Könül
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR