Millət vəkili Fazil Mustafa maraqlı təkliflə çıxış edib.
Musavat.com xəbər verir ki, "Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun gününü bu müttəfiqliyin şərəfinə həm Azərbaycanda, həm də Türkiyədə rəsmi bayram günü olaraq qutlamağı təklif edirəm", deyə Fazil Mustafa qeyd edib.
Millət vəkilinin bu təklifini özündə əks etdirən yazılı mətnin tam məzmunu belədir:
"Fevralın 1-də Azərbaycan Milli Məclisi Şuşa bəyannaməsini qanuniləşdirmişdi. Fevralın 3-də Türkiyə Böyük Millət Məclisi də Şuşa Bəyannaməsini qəbul etdi. Artıq rəsmən müttəfiqik. Türkiyəyə hücum Azərbaycana, Azərbaycana hücum Türkiyəyə hücum deməkdir. Bu halda bir-birimizin yardımına qoşmaq üçün heç bir hüquqi əngəl qalmadı. Bu, böyük tarixi hadisədir. Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun gününü bu müttəfiqliyin şərəfinə həm Azərbaycanda, həm də Türkiyədə rəsmi bayram günü olaraq qutlamağı təklif edirəm. Bizdə bu tarix Qurtuluş günü kimi rəsmi bayram olaraq qeyd olunur. Həm də Müttəfiqlik və ya Qardaşlıq günü kimi də qeyd edə bilərik. Müttəfiqliyimiz qardaşlığımız kimi əbədidir. Xeyirli olsun!’’
Musavat.com
![]()






