İnsanlara hürriyət, millətlərə istiqlal!

"Süründükcə qan itirirdim, sağ qalacağıma ümidim yox idi" - qazi Murad Şirinovun döyüş yolu

1077 12.02.2021 18:58 Reportaj A A

44 günlük müharibədə biz vətəni onlara əmanət etdik, canları, qanları hesabına torpaqlarımızı qorudular, işğalda olan yurdlarımızı azad etdilər. İndi isə onlar vətənin bizə əmanətləridir, minlərlə qəhrəmanımız, şəhidimiz, qazimiz. Onları tanıtmaq, şəhidlərimizin xatirəsini yaşatmaq, qazilərimizin qəhrəmanlıq dastanlarını dinləmək bizim borcumuzdur.

Musavat.com olaraq bu istiqamətdə çoxsaylı reportajlar yayımlamışıq. Bu dəfəki qəhrəmanımız isə Murad Vüqar oğlu Şirinovdur.

Müharibənin ilk günlərindən könüllü olaraq döyüşlərə qatılan Murad Füzulidə, Cəbrayılda, Xocavənddə gedən döyüşlərdə iştirak edib, qəhrəmanlığı ilə seçilib.
Biz də qazimizi geniş ictimaiyyətə tanıtmağı özümüzə borc bildik, onun evinə, ailəsinə baş çəkib, keçdiyi döyüş yolunu öz dilindən işıqlandırmağa çalışdıq.
Qeyd edək ki, qəhrəmanımız göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif olunub.

Alim Liftiyev
Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR